Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini R.Musayev saxlanılıb
09.02.2023
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Padar qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobildən 6800 manat pul oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini R.Musayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ağcabədi rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Q.Quliyev saxlanılıb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 400 ABŞ dolları, 150 avro və 9500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Q.Quliyev saxlanılıb. Araşdırma aparılır.
Xızı rayonunun Sitalçay kənd sakini A.Məlikovdan tapança və patronlar aşkar olunaraq götürülüb
Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Sitalçay kənd sakini A.Məlikovdan “Falcon Sport” markalı tapança və 6 ədəd patron aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində moped sürücüsü yük avtomobili ilə toqquşub
Fevralın 9-da saat 14 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Şamaxı rayon sakini R.Mirzəyev idarə etdiyi mopedi qarşıda gedən “Daewoo” markalı avtobusa vurub və sonradan idarəetməni itirdiyindən qarşıdan gələn “ZİL” markalı yük avtomobili ilə toqquşub. Nəticədə R.Mirzəyev hadisə yerində ölüb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində əcnəbi vətəndaş idarə etdiyi yük avtomobilini su kanalına aşırıb
Fevralın 9-da saat 11 radələrində Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində əcnəbi vətəndaş Q.Nader idarə etdiyi “Renault” markalı yük avtomobilini su kanalına aşırıb və nəticədə hadisə yerində ölüb.Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ələt dəmiryolu stansiyasında vaqonların metal hissələrini və təkərlərini oğurlayan şəxslər saxlanılıblar
Dəmiryolu Nəqliyyatında Polis İdarəsi və Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən stansiyada park edilmiş vaqonların metal hissələrini və təkərlərini oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı Miraslan Səmədov və Qadir Zəkarayev saxlanılaraq istintaqa təqdim ediliblər. Onların idarə etdikləri yük avtomobilinə baxış zamanı vaqonlardan oğurladıqları metal parçalar, həmçinin hadisə zamanı istifadə etdikləri avadanlıqlar aşkar edilib. Saxlanılan şəxslər ifadələrində bundan əvvəl də iki dəfə Ələt dəmir yolu stansiyasında vaqonların metal hissələrini kəsərək oğurladıqlarını bildiriblər.Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Binəqədi rayonunda mopedləri oğurlayan dəstə üzvləri tutulub
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində moped oğurluğu ilə məşğul olan dəstə üzvləri - əvvəllər məhkum olunmuş Vüsal Nağıyev, Elgün Abbasov və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıblar.Araşdırma zamanı müəyyən edilib ki, dəstə başçısı Vüsal Nağıyev əvvəlcədən oğurluq məqsədilə qrup yaradaraq metronun “Azadlıq” stansiyasının yaxınlığında yerləşən iaşə obyektlərində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan mopedləri sutkanın qaranlıq saatlarında oğurlayaraq müxtəlif şəxslərə pul müqabilində satıb. Əməliyyat tədbirlərinin davamı olaraq oğurluq mopedləri almaqda şübhəli bilinən Rəşad Nəsirov və Salman Abıyev də saxlanılıblar. Həmin şəxslərdən maddi sübut qismində oğurlanan mopedlər aşkar olunaraq götürülüb. Vüsal Nağıyev və digərlərinin törətdikləri oğurluq hadisələri videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Qrup üzvlərinin Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər törətmələri istisna edilmir. Həmin şəxslər barəsində 5-ci Polis Bölməsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
08.02.2023
Fevralın 8-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 63,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının fevralın 8-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 63,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 36 kiloqrama yaxın heroin, 19,4 kiloqramdan artıq marixuana, 9 qram tiryək, həmçinin 8 kiloqramdan çox metamfetamin və 40 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 8-də rspublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.