DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Binə qəsəbəsində 11 evdən oğurluq edən 2 qardaş saxlanılıb

15.03.2023

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində 11 evdən oğurluqlar edən dəstə üzvləri saxlanılıblar. Əməliyyat nəticəsində həmin qəsəbədə yaşayan Yunsur Rəhimov, qardaşı Ələsgər və qohumları yetkinlik yaşına çatmayan daha bir nəfər tutulub. Bu şəxslərin evlərdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub. Araşdırma zamanı dəstə üzvlərinin Sabunçu və Suraxanı rayonunda da mənzillərdən oğurluqlar etdikləri müəyyən edilib. Onlar əldə etdikləri əşyaları isə Sabunçu qəsəbəsində yerləşən icarət mərkəzlərindən birində satıblar.
Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=J4uApKH3jNM

 

15.03.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub 15.03.2023
  • Paytaxt sakini olan bir qadının cüzdanını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Həmzəyev saxlanılıb 15.03.2023
  • Nərimanov rayonu ərazisində yerləşən mərmər sexindən naqil oğurlamaqda şübhəli bilinən R.Məhərrəmov saxlanılıb 15.03.2023
  • Xəzər rayonunun Zirə qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən N.Quliyev və Q.Bayramov saxlanılıblar 15.03.2023
  • Binəqədi rayonг ərazisindəki evlərin birindən televizor oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini A.Qəhramanov saxlanılıb 15.03.2023
  • Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində “VAZ-2106” və “Mitsubishi” markalı avtomobillər toqquşub 15.03.2023
  • Yardımlı şəhəri ərazisində “Opel” markalı avtomobil dərəyə aşıb 15.03.2023
  • Bakıda İranlı “Əli” adlı narkotacirin daha bir adamı həbs edilib 15.03.2023
  • Binə qəsəbəsində 11 evdən oğurluq edən 2 qardaş saxlanılıb 15.03.2023