Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi
17.02.2023
Fevralın 17-də saat 7 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini F.Abbasov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Kərimovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Siyəzən rayonunun Beşdam kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 17-də saat 8 radələrində Siyəzən rayonunun Beşdam kəndi ərazisində İ.Hümbətovun idarə etdiyi “Opel” və V.Abdullayevin idarə etdiyi “Mercedes Vito” markalı avtomobillər toqquşub. Nəticədə İ.Hümbətovun sərnişini, anası Q.Hümbətova və V.Abdullayevin sərnişinlərindən A.İsmayılova, A.Vəliyeva hadisə yerində ölüblər. Xəsarət alan hər iki sürücü və 5 sərnişin xəstəxanaya yerləşdirilib.Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sabunçu rayonunda bağ evlərindən və metal qəbulu məntəqəsindən silsilə oğurluqlar edən 5 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bilgəh qəsəbəsində yerləşən bağ evlərindən təmir-tikinti və məişət əşyaları oğurlayan dəstə üzvləri - Qalib Hüseynov, Heybət Həsənov və Habil Dadaşov saxlanılıblar. Həmin şəxslərin qeyd edilən qəsəbə və ətraf ərazilərdə yerləşən 10-a yaxın evdən oğurluqlar etdikləri müəyyən edilib. Oğurlanan əşyaların bir qismi dəstə üzvlərindən aşkar olunaraq götürülüb. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Maştağa qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsindən 50 kiloqram mis, latun oğurlayan, eləcə də evlərdən oğurluqlar edən Murad Rəhimov və Elman Dünyamalıyev saxlanılıblar. Faktlarla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, arşadırmalar davam etdirilir.
Sabunçu rayonunda “Naqan” markalı tapança satmaq istəyən və marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Vüsal Əzimov saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Naqan” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb. Vüsal Əzimov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.Bölmə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı Bakıxanov qəsəbəsində yerləşən marketlərdən birindən pul, mobil telefon və tütün məmulatları oğurlayan İlham Hümbətov da saxlanılıb. Araşdırmalar zamanı onun Bakıxanov qəsəbəsində daha bir neçə obyektdən oğurluq etdiyi müəyyən edilib. Faktlarla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, arşadırmalar davam etdirilir.Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 88 cinayətin açılması təmin olunub
16.02.2023
Fevralın 16-da ölkə ərazisində qeydə alınan 88, əvvəlki dövrlərdən bağlı qalan 25 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 8,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının fevralın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7,4 kiloqramdan artıq heroin, 1,3 kiloqramdan çox marixuana, 70 qrama yaxın metamfetamin, 90 ədəd metadon həbləri olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bakı şəhər sakinləri olan bir neçə şəxsdən narkotik vasitələr aşkar olunaraq götürülüb
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş S.Rəşidovdan 1 kiloqram 114 qram marixuana, 7 qrama yaxın heroin, N.Qasımovdan isə 4 qrama yaxın heroin və 6 qrama yaxın marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Kürdəmir şəhər sakini R.Əhmədovdan 1 kiloqram 10 qram heroin götürülüb
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əhmədovdan 1 kiloqram 10 qram heroin aşkar olunaraq götürülüb.
Ucar şəhər sakini M.Əsgərovun idarə etdiyi avtomobildə olan sərnişindən 1 kiloqramdan artıq heroin götürülüb
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini M.Əsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb. Avtomobildə olan sərnişin, əvvəllər məhkum olunmuş A.Cavadovdan 1 kiloqram 240 qram heroin aşkar olunaraq götürülüb.
Balakən rayon sakini S.Əlibəyovdan 5 kiloqramdan artıq heroin və metadon həbləri götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Balakən rayon sakini, əvvəllər məhkum olunmuş S.Əlibəyovdan 5 kiloqram 50 qram heroin və 90 ədəd metadon həbi aşkar olunaraq götürülüb.