Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Marketlərin birindən 10000 manat dəyərində ərzaq malları oğurlamaqda şübhəli bilinən marketin işçisi, Gəncə şəhər sakini V.İsgəndərov saxlanılıb
21.03.2023
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-dən 21-dək olan müddətdə rayon ərazisindəki marketlərin birindən 10000 manat dəyərində ərzaq malları oğurlamaqda şübhəli bilinən marketin işçisi, Gəncə şəhər sakini V.İsgəndərov saxlanılıb.
Tədris mərkəzlərindən birinin 3000 manat dəyərində kompüterlərini sındırmaqda, həmçinin oradan oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini E.Əlimuradov saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də rayon ərazisində yerləşən tədris mərkəzlərindən birinin 3000 manat dəyərində kompüterlərini sındırmaqda, həmçinin oradan oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini E.Əlimuradov saxlanılıb.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini F.Pənahov müəyyən edilərək saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 1 evdən və 1 həyətdən 2 ədəd dəmir lövhə, 6 ədəd dəmir qab, 25 metr rezin su borusu, su qızdırıcısı, dəmir çarpayı və qaz sobası oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Pənahov müəyyən edilərək saxlanılıb.
Ağcabədi rayon sakini F.Atakişiyevin idarə etdiyi avtomobilə baxış zamanı oradan nömrəsi silinmiş avtomat silahı, patron darağı və 10 ədəd patron aşkar edilərək götürülüb
Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən rayon sakini F.Atakişiyev saxlanılıb. Onun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı oradan nömrəsi silinmiş “AK-47” markalı avtomat silahı, patron darağı və 10 ədəd patron aşkar edilərək götürülüb.
Bakı şəhər sakini V.Umudovun idarə etdiyi “Azsamand” markalı avtomobilə baxış zamanı oradan 455 qram marixuana aşkar edilərək götürülüb
Qobustan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Umudov saxlanılıb. Onun idarə etdiyi “Azsamand” markalı avtomobilə baxış zamanı oradan 455 qram marixuana aşkar edilərək götürülüb.
Gün ərzində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub
20.03.2023
Martın 20-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 20-də saat 10 radələrində Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində şəhər sakini Cavid Quliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili qaz borusuna və yolun kənarındakı yardımçı təsərrüfata vurub. Nəticədə sürücü hadisə yerində ölüb.Naftalan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bakı şəhər sakini S.İbrahimov üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb. Üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.
Avtomobildən 10000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ələsgərov saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 10000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ələsgərov saxlanılıb.Araşdırma aparılır.