Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Adam öldürməyə cəhddə şübhəli bilinən Ş.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib
16.02.2023
Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə fevralın 16-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Araşdırmalarla həmin gün saat 19 radələrində rayon ərazisində yerləşən otellərin birində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Qənbərovun qeyri-rəsmi nikah münasibətində olduğu həmin qadını 6-cı mərtəbənin pəncərəsindən yerə atması və onun 3-cü mərtəbədəki çardağın üzərinə düşməsi nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsinə əsaslı şübhələr müəyyən olunub. Adam öldürməyə cəhddə şübhəli bilinən Ş.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.
Suraxanı rayonunun Əmircan qəsəbəsindəki evlərdən birinə girərək quldurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Hüseynov saxlanılıb
Suraxanı rayonunun Əmircan qəsəbəsindəki evlərdən birinə girən şəxsin pul tələb etməsi və əlindəki tüfəngin qundağı ilə evdə olan V.Vahidovun başına xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini T.Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.Suraxanı Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı şəhər sakini M.Adıgözəlovanın bank hesabından 108 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Muradov saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini M.Adıgözəlovanın bank hesabından 108 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Muradov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonu ərazisində yerləşən bankların birinə saxta əskinaslar verən 2 əcnəbi vətəndaş saxlanılaraq 26-cı Polis Bölməsinə təhvil verilib
Fevralın 16-da saat 14 radələrində Yasamal rayonu ərazisində yerləşən bankların birinə 12 ədəd 50 dollarlıq saxta əskinas verən 2 əcnəbi vətəndaş orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 26-cı Polis Bölməsinə təhvil verilib. Araşdırma aparılır.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində qəsəbə sakini D.Məmmədzadəyə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 15-də Kürdəxanı qəsəbəsi ərazisində qəsəbə sakini D.Məmmədzadənin pulunu, mobil telefonunu və poverbankını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri F.Niftullayev və R.Allahverdiyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakini T.Abbasov saxlanılıb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2 ədəd noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini T.Abbasov saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Masazır qəsəbəsində bir avtomobildən, Xırdalan şəhərində isə 5 evdən və bir marketdən oğurluq etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini E.İbrahimli saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Masazır qəsəbəsində “VAZ-2106” markalı bir avtomobildən akkumulyator, Xırdalan şəhərində 5 evdən məişət əşyaları və velosiped, bir marketdən ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini E.İbrahimli saxlanılıb. Araşdırmalarla onun Xırdalan şəhər sakini Ə.Cəbizadəni aldadaraq 20 manatlıq saxta əskinas verməsi, daha 5 nəfəri isə aldadaraq ümumilikdə 750 manat pullarını talaması da müəyyən olunub.
Culfa rayonunun Qazançı kənd sakini E.Abbasovun evindən qanunsuz saxladığı ov tüfəngi və 3 ədəd patron götürülüb
Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qazançı kənd sakini E.Abbasovun evinə baxış zamanı oradan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi və 3 ədəd patron aşkar olunaraq götürülüb.
Tərtər rayonunun Seydimli kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə kənd sakini A.Namazova vurulub
Fevralın 16-da saat 17 radələrində Tərtər rayonunun Seydimli kəndi ərazisində rayon sakini T.Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini A.Namazovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölübTərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Balakən rayonunun Katex kəndi ərazisində “Mercedes” markalı avtomobillə kənd sakini Z.Heydərov vurulub
Fevralın 16-da saat 22 radələrində Balakən rayonunun Katex kəndi ərazisində rayon sakini R.Behalov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Z.Heydərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.