Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən Goranboy rayon sakini İ.Süleymanov saxlanılıb
22.03.2023
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 22-də şəhər ərazisindəki marketlərin birindən pul və 2000 manat dəyərində tütün məmulatı, içkilər və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş İ.Süleymanov saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Quba rayon sakini N.Kərimov saxlanılıb
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Alekseyevka kəndindəki evlərin birindən 2200 manat dəyərində spirtli içki, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş N.Kərimov saxlanılıb. Araşdırma aparılır.
Ağcabədi rayonunun Ağabəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 22-də saat 2 radələrində Ağcabədi rayonunun Ağabəyli kəndi ərazisində rayon sakini Y.Feziyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə hadisə yerində ölüb.Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 22-də saat 7 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini S.Əmralıyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Bərdə rayonunun Əyricə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 22-də saat 14 radələrində Bərdə rayonunun Əyricə kəndi ərazisində rayon sakini İ.Ərşadlı idarə etdiyi “Khazar” markalı avtomobillə yolu keçən İ.Əmirovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 22-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əliyev idarə etdiyi “Lexus” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət alan 2 sərnişini xəstəxanaya yerləşdirilib.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzinə qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub
21.03.2023
Martın 21-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Xaçmaz rayon sakini A.Əlislamov saxlanılıb
Martın 20-də Xaçmaz rayon sakini E.Kərimov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ötən il oktyabr ayında həmkəndlisi A.Əlislamovun oğurluq məqsədi ilə həyətinə girməsini, onun əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 5000 manat pul tələb etməsini və 3500 manat aldıqdan sonra sərbəst buraxmasını bildirib.Polis əməkşdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən A.Əlislamov saxlanılıb.Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.
Hədə-qorxu ilə tələb etməklə pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Məmmədov müəyyən edilərək saxlanılıb
Fevralın 25-dən 28-dək olan müddətdə paytaxt ərazisində naməlum şəxsin Ş.Rəhimova məxsus “Mercedes” markalı avtomobilin qeydiyyat nişanını oğurlayaraq geri qaytarmaq müqabilində 1000 manat pul tələb etməsi barədə polisə məlumat daxil olub.
Qadın məsləhətxanalarının birindən kompüter və noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Qəribov müəyyən edilərək saxlanılıb
Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da rayon ərazisində yerləşən qadın məsləhətxanalarının birindən 1350 manat dəyərində kompüter və noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Qəribov müəyyən edilərək saxlanılıb.