DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub

16.03.2023

Martın 16-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 102, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

16.03.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub 16.03.2023
  • Ümumi çəkisi 63,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 16.03.2023
  • Astara rayon sakini İ.Hüseynlidən heroin və metamfetamin götürülüb 16.03.2023
  • Bakı şəhər sakini S.Şamiyevdən heroin götürülüb 16.03.2023
  • Sumqayıt şəhər sakini H.Cəfərovdan və yaşadığı evdən narkotik vasitələr və elektron tərəzi götürülüb 16.03.2023
  • Xırdalan şəhər sakini olan bir qadının bank hesabından 2000 manatını oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakini E.Məmmədov saxlanılıb 16.03.2023
  • Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini O.İskəndərov saxlanılıb 16.03.2023
  • Binəqədi rayonu ərazisində bir avtomobilə əyləşərək sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini A.Bədəlov saxlanılıb 16.03.2023
  • Nizami rayonu ərazisindəki bazarda Bakı şəhər sakini R.Əsədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini M.Şəfiyev saxlanılıb 16.03.2023
  • Yasamal rayonu ərazisində piyadanın xəsarət alması ilə nəticələnən YNH-ni törətməkdə şübhəli bilinən moped sürücüsü C.Əsgərli saxlanılıb 16.03.2023
  • Yasamal rayonunun A.M.Şərifzadə küçəsindən moped oğurlamaqda şübhəli bilinən E.Həsənov saxlanılıb 16.03.2023
  • Kəngərli rayonunun Qarabağlar kəndi ərazisində “Lifan” markalı avtomobillə piyada vurulub 16.03.2023