Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şamaxı rayonunun Quşçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23.03.2023
Martın 23-də saat 9 radələrində Şamaxı rayonunun Quşçu kəndi ərazisində kənd sakini E.Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobili dərəyə aşırıb. Sürücü və sərnişini Ağsu şəhər sakini Arif Əliyev xəstəxanaya yerləşdiriliblər. A.Əliyev orada ölüb.Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.
Avtomobildə sərnişin olan M.Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılan “Toyota” markalı avtomobildə sərnişin olan M.Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib. M.Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib. Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10750 ABŞ dolları və 12050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Oğurluqda şübhəli bilinən paytaxt sakini G.Talıbova müəyyən edilərək saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də saat 20 radələrində Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində içərisində 500 manat pul, 1000 manat dəyərində mobil telefon və bank kartları olan çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini G.Talıbova müəyyən edilərək saxlanılıb.
Paytaxt sakini R.Qaziyevdən narkotik vasitələr aşkar edilərək götürülüb
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Qaziyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb. Araşdırmalarla onun müxtəlif vaxtlarda 1 ev, 1 həyətyanı sahə və 1 yardımçı təsərrüfatdan 370 manat dəyərində təmir alətləri, 730 manat dəyərində məişət və geyim əşyaları və su mühərriki oğurlaması da müəyyən olunub.
Nəqliyyat vasitələrini qaçırmaqda şübhəli bilinən Sabunçu rayonunun Zabrat qəsəbə sakini M.Kazımov müəyyən edilərək saxlanılıb
Martın 22-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisindən ayrı-ayrı şəxslərə məxsus 2 “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitələrini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini M.Kazımov müəyyən edilərək saxlanılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
22.03.2023
Martın 22-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Mağazaların birindən 1000 manat dəyərində geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini F.Qəribov saxlanılıb
Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən martın 21-də saat 22 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 1000 manat dəyərində geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini F.Qəribov saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib. Araşdırma aparılır.
15 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Xəlilov müəyyən olunaraq saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 15 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Xəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri V.Bayramov və C.Baxşeyiş müəyyən olunaraq saxlanılıblar
Binəqədi rayonu ərazisində yerləşən müəssisələrdən birinin həyətindən 8000 manat dəyərində dəmir lövhələrin oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri V.Bayramov və C.Baxşeyiş müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Daşkəsən şəhər sakini E.Bayramovdan 21 qram metamfetamin, 42 qram marixuana, 45 qram tiryək və 206 qram heroin aşkar olunaraq götürülüb
Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Bayramovdan 21 qram metamfetamin, 42 qram marixuana, 45 qram tiryək və 206 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.