Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
20.02.2023
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 20-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində 2 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Ağcabədi rayon sakini A.Həsənlidən və Laçın rayon sakini H.Hüseynovdan 2 kiloqramdan artıq heroin və 2 kiloqram 10 qram marixuana götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Ağcabədi rayon sakini A.Həsənlidən və Laçın rayon sakini H.Hüseynovdan 2 kiloqram 55 qram heroin və 2 kiloqram 10 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Gəncə şəhər sakini H.Həsənovdan narkotik vasitələr və silah-sursat götürülüb
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Gəncə şəhər sakini H.Həsənovdan 31 qramdan artıq heroin, 5 qram metamfetamin, həmçinin nömrəsi silinmiş “Makarov” markalı tapança, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Masallı şəhər sakini M.Abdullayevdən 9 kiloqramdan artıq heroin, 995 qram metamfetamin və 1 ədəd bıçaq götürülüb
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abdullayevdən 9 kiloqram 350 qram heroin, 995 qram metamfetamin və 1 ədəd bıçaq aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində şəhər sakini M.Hümbətova qarşı quldurluq etməkdə şübhəli bilinən şəhər sakinləri A.Tağıyev və R.Şalbuzov saxlanılıblar
Fevralın 20-də saat 22 radələrində Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində şəhər sakini M.Hümbətovun idarə etdiyi “Khazar” markalı avtomobildə sərnişin olan 2 nəfərin sürücünü bıçaqla hədələyərək 215 manatını, mobil telefonunu və avtomobilini quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən şəhər sakinləri A.Tağıyev və əvvəllər məhkum olunmuş R.Şalbuzov müəyyən olunaraq saxlanılıblar. Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Nizami rayonunun B.Nuriyev küçəsində “Nissan” markalı bir avtomobilə 2200 manat dəyərində maddi ziyan vurmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Quliyev saxlanılıb
Fevralın 19-da saat 18 radələrində Nizami rayonunun B.Nuriyev küçəsində “Nissan” markalı bir avtomobilin dövlət qeydiyyat nişanlarının çıxarılaraq yerə atılması, qanadları və qapılarının cızılaraq 2200 manat dəyərində maddi ziyan vurulması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Quliyev müəyyən olunaraq saxlanılıb.Araşdırmalarla onun həmin gün eyni küçədə “Mercedes”, “Ford”, “Hyundai”, və “KİA” markalı daha 5 avtomobilin qapılarını, qanad və mühərrik örtüklərini cızaraq avtomobil sahiblərinə ümumilikdə 1600 manat dəyərində maddi ziyan vurması da müəyyən olunub. Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Samux rayonunun Çobanabdallı kənd sakini O.Əliyevə münaqişə zəminində ölümcül xəsarət yetirməkdə şübhəli bilinən kənd sakini R.Bəşirov saxlanılaraq istintaqa təhvil verilib
Samux Rayon Polis Şöbəsinə fevralın 20-də saat 18 radələrində Çobanabdallı kənd sakini O.Əliyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Çobanabdallı kəndində kənd sakini, əvvəllər məhkum olunmuş R.Bəşirovun münaqişə zəminində O.Əliyevin baş nahiyəsinə yumruqla xəsarət yetirməsi nəticəsində sonuncunun aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən olunub. R.Bəşirov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Bərdə rayon sakini R.Cabbarlıdan tapança aşkar olunaraq götürülüb
NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında Hövsan dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bərdə rayon sakini R.Cabbarlıdan “FEG 37M” markalı tapança aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Binəqədi rayonunun Cavadxan küçəsində bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cavadxan küçəsində “Hyundai” markalı bir avtomobildən müxtəlif üsul və vasitələrlə 100 manat və 800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Niftəliyev və Xırdalan şəhər sakini A.Mənsimov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Rzayev saxlanılıb
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xocəsən qəsəbəsi ərazisində “Toyota” markalı bir avtomobildən müxtəlif üsul və vasitələrlə pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Rzayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.