Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Göygöl rayonunun Çaylı kəndi ərazisində dəmir körpünü sökərək oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
21.02.2023
Fevralın 20-də Göygöl rayonunun Çaylı kəndi ərazisində çayın üzərində quraşdırılan kənd sakinlərinə məxsus dəmir körpünün sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Babayev, Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuş E.Məmmədov, X.Əliyev və İ.Kamalzadə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini H.Abdullayev saxlanılıb
Fevralın 21-də saat 5 radələrində Nərimanov rayonu ərazisindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini H.Abdullayev avtomobillə saxlanılıb. Avtomobil sahibinə qaytarılıb.Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Quldurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Y.Məmmədovun avtomobil qaçırması da müəyyən olunub
Pirallahı Rayon Polis İdarəsində aparılan araşdırmalarla quldurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Y.Məmmədovun Pirallahı qəsəbəsindən S.Zeynalova məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən olunub.
Səbail rayonu ərazisində Bakı şəhər sakini A.Ayvazov idarə etdiyi avtobus ilə Sumqayıt şəhər sakini Q.Qayıbovu vurub
Fevralın 21-də saat 6 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini A.Ayvazov idarə etdiyi “BMC” markalı marşrut avtobusu ilə Sumqayıt şəhər sakini Q.Qayıbovu vurub və nəticədə o, hadisə yerində ölüb. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Göyçay rayonunun Qarayazı kəndi ərazisində “Mitsubishi” markalı avtomobil ağaca çırpılıb
Fevralın 21-də saat 1 radələrində Göyçay rayonunun Qarayazı kəndi ərazisində kənd sakini İ.Zeynalov idarə etdiyi “Mitsubishi” markalı avtomobili ağaca vurub və nəticədə hadisə yerində ölüb.Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəzər rayonunda İranda yaşayan narkotacirlərin daha bir dəstəsi ifşa edildi
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyysi ilə məşğul olan dəstə üzvləri saxlanılıblar. Əməliyyat nəticəsində Elnur Əsədov və onun başçılıq etdiyi dəstənin daha 7 üzvü tutularaq istintaqa təqdim edilib.Araşdırmalar zamanı Elnur Əsədovun sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşının göstərişi ilə paytaxt ərazisində narkokuryerliklə məşğul olan dəstə yaratdığı müəyyən olunub. Əməliyyat-texniki tədbirlər nəticəsində Elnur Əsədovun İran vətəndaşı ilə narkotik vasitələrin alqı-satqısı nəticəsində yaranan əlaqələri sübuta yetirilib. Həmin şəxsin evinə və avtomobilinə baxış zamanı 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçiridkləri digər əməliyyatlar zamanı isə Binə və ətraf ərazilərdə 5 evdən, mağazadan, həmçinin Hövsan qəsəbəsində 9 avtomobildən oğurluq edən İlqar Zamanov və Fuad Qasımov da saxlanılıblar. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, 3-cü Polis Şöbəsinin əməkdaşlarının ilin əvvəlindən həyata keçiridikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 26 nəfər tutularaq istintaqa təqdim edilib.
Sabunçu rayonunda narkotiklərin satışı ilə məşğul olan və qanunsuz odlu silah saxlayan daha 1 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Maştağa qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Hüseynəli Xəlilov saxlanılıb. Bu şəxsin üzərindən 20 qrama yaxın metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun evindən əlavə 2 kiloqram marixuana, 1 ədəd “Kalaşnikov” markalı avtomat və 1 ədəd həmin silaha aid daraq aşkar edilib. Hüseynəli Xəlilov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını etiraf edib. Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Tədbir zamanı paytaxt sakini Vüsal Əliyev tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Vüsal Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
20.02.2023
Fevralın 20-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 19,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının fevralın 20-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12,7 kiloqrama yaxın heroin, 6,1 kiloqramdan çox marixuana, 1 kiloqramdan çox metamfetamin, həmçinin 41 ədəd yüksək təsiredici xassəyə malik həblər olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.