Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Babək rayonunun Hacıvar kənd sakini A.Məmmədovun evinin həyətinə baxış zamanı qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi götürülüb
22.02.2023
Babək Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hacıvar kənd sakini A.Məmmədovun evinin həyətinə baxış zamanı qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi götürülüb.
Keşlə və “NZS” qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı Keşlə və “NZS” qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüsal Zülfəliyev saxlanılıb. Bu şəxsdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. O, ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq niyyəti ilə onlayn yolla aldığını bildirib. Vüsal Zülfəliyevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakı və Sumqayıt şəhərləri, eləcə də Balakən rayonunda silsilə əməliyyatlar keçirib
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı və Sumqayıt şəhərləri, eləcə də Balakən rayonunda qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Tədbir zamanı Elçin Hüseynov, Elmar Nəsibov, Məhəmməd Tağıyev, Murad Rüstəmov və Əli Qarayev tutularaq istintaqa təqdim ediliblər. Nəticədə Elçin Hüseynovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 2 daraq, 60 ədəd patron, Elmar Nəsirovdan 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi, Məhəmməd Tağıyevdən “Zəfər” markalı tapança, 7 ədəd patron, Murad Rüstəmovdan 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha aid daraq, Əli Qarayevdən isə revolver tipli tapança, 3 ədəd patron və 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edilib. Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, əməliyyat –istintaq tədbirləri davam etdirilir.
Hövsan stansiyasında silahlı şəxs saxlanılıb
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının əldə olunan məlumat əsasında Hövsan dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb. Əməliyyat zamanı tutulan Rövşən Cabbarlıdan “FEG 37M” markalı tapança aşkar olunaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Nizami rayonunda sərxoş vəziyyətdə 6 nəqliyyat vasitəsinə qəsdən ziyan vuran şəxs saxlanılıb
Paytaxtın Nizami rayonunda müxtəlif ünvanlarda saxlanılan avtomobillərə gecə saatlarında naməlum şəxs tərəfindən qəsdən ziyan vurularaq cızılıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində aparılan araşdırmalar zamanı həmin şəxsin 6 nəqliyyat vaitəsinə ziyan vurduğu müəyyən edilib. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Ramil Quliyev saxlanılıb. Həmin şəxs ifadəsində hadisələri sərxoş vəziyyətdə törətdiyini bildirib. Qeyd edək ki, Ramil Quliyevin nəqliyyat vasitələrinə ziyan vurması binalarının müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib, arşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
21.02.2023
Fevralın 21-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 13,9 kiloqramdan artıq narkotik vasitə götürülüb
Polis əməkdaşlarının fevralın 21-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7 kiloqrama yaxın heroin, 4,7 kiloqramdan çox marixuana, 2,2 kiloqram tiryək, həmçinin 4510 ədəd yüksək təsiredici xassəyə malik həblər olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Əvvəllər məhkum olunmuş E.İmanovun evindən 3 kiloqramdan artıq marixuana və 2 kiloqramdan artıq tiryək götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan əvvəllər məhkum olunmuş E.İmanovdan 27 qramdan artıq marixuana, tiryək, yaşadığı evə baxış zamanı isə 3 kiloqram 135 qram marixuana və 2 kiloqram 200 qram tiryək aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Bakı şəhər sakini olan bir nəfərin itirdiyi bank kartından 115 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Quliyev saxlanılıb
Bakı şəhər sakini olan bir nəfərin itirdiyi bank kartı vasitəsi ilə yanacaqdoldurma məntəqələrinin birindən 115 manat dəyərində yanacaq alınması barədə polisə məlumat daxil olub.Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini S.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Digah qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Ağdaş rayon sakini N.Məmmədov saxlanılıb
Abşeron rayonunun Digah qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və 2022-ci il sentyabr-oktyabr ayları ərzində həmin evdən 3.000 manat, 24.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini N.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.