Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xətai rayonunun Babək prospektində yerləşən avtosalonların birindən avtomobilin qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini M.Əzizov avtomobillə saxlanılıb
28.03.2023
Martın 28-də gecə saat 1 radələrində Xətai rayonunun Babək prospektində yerləşən avtosalonlardan birinin qarşısından “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini M.Əzizov saat 2 radələrində avtomobillə saxlanılıb.Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Nəsimi rayonu ərazisindən “VAZ-21013” markalı bir avtomobili qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini R.Abdullayev saxlanılıb
Martın 27-də saat 8 radələrində Nəsimi rayonu ərazisindən “VAZ-21013” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini R.Abdullayev müəyyən olunaraq saxlanılıb.Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Balakən rayonunun Yeni Şərif kənd sakini M.Lokovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Şərif kənd sakini M.Lokovdan qanunsuz saxladığı nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.
Oğurluq etdiyinə görə tutulan Quba rayon sakini N.Kərimovun rayon ərazisində daha 3 evdən oğurluq törətməsi də müəyyən olunub
Quba Rayon Polis Şöbəsində aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan N.Kərimovun rayon ərazisində daha 3 evdən pul, 2 ədəd mobil telefon, 1190 manat dəyərində geyim və məişət əşyaları oğurlaması da müəyyən olunub.
Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisində “Hyundai” və “VAZ-21063” markalı avtomobillər toqquşub
Martın 28-də saat 20 radələrində Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisində rayon sakini M.Tağıyevin idarə etdiyi “Hyundai” və Gəncə şəhər sakini T.Hüseynovun idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən T.Hüseynov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
27.03.2023
Martın 27-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Məmmədova qarşı quldurluq etməkdə şübhəli bilinən R.Cəfərov və T.Alıyev saxlanılıblar
Martın 26-da saat 23 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 2 nəfərin Bakı şəhər sakini S.Məmmədovu bıçaqla hədələyib 45 manatını talamaları barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakinləri R.Cəfərov və əvvəllər məhkum olunmuş T.Alıyev müəyyən olunaraq saxlanılıblar. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Abşeron rayonunun Saray qəsəbəsi ərazisində “KamAZ” və “Mercedes” markalı avtomobillər toqquşub
Martın 27-də saat 17 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Sumqayıt şəhər sakinləri E.Fərzəliyevin idarə etdiyi “KamAZ” və İ.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə İ.Hüseynovun sərnişini olan anası və 5 yaşlı qızı hadisə yerində ölüb, özü, həyat yoldaşı, 2 azyaşlı oğlu, bacısı və onun qızı xəsarətlə xəstəxanaya yerləşdiriliblər.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Şirvan şəhər sakini M.Ağamidən marixuana aşkar olunaraq götürülüb
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Ağamidən 470 qram marixuana aşkar olunaraq götürülüb.
Şirvan şəhər sakini H.Ələkbərovdan 21qramdan artıq heroin və elektron tərəzi aşkar olunaraq götürülüb
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini H.Ələkbərovdan 21qramdan artıq heroin və elektron tərəzi aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində gizlətdiyi 805 qram heroin də götürülüb.