Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 80 cinayətin açılması təmin olunub
28.03.2023
Martın 28-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 13,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının martın 28-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 8,6 kiloqrama yaxın heroin, 5,1 kiloqramdan çox marixuana, 70 qramdan çox metamfetamin və 52 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Narkotikin təsiri altında avtomobil idarə edən 2 nəfər sürücülük hüququndan məhrum edilib
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İmişli rayon sakini H.Hüseynzadənin idarə etdiyi “Mercedes” və Lənkəran rayon sakini A.Məmmədzadənin idarə etdiyi “Khazar” markalı avtomobillər Abşeron rayonu ərazisində saxlanılıblar.Polis əməkdaşları tərəfindən hər iki sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barələrində İnzibati Xətalar Məcəlləsinin 327, 332, 333, 342-ci maddələri ilə protokollar tərtib edilib. Məhkəmənin qərarı ilə H.Hüseynzadə 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 gün müddətində inzibati qaydada həbs, A.Məmmədzadə isə 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 400 manat məbləğində cərimə olunublar.
Bakı şəhər sakini N.Əlizadədən narkotik vasitələr aşkar olunaraq götürülüb
DİN NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Natiq Əlizadə saxlanılıb. Ondan 1 kiloqram 431 qramdan artıq heroin, 1 kiloqram 415 qram marixuana və 44 qramdan çox metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Abşeron rayonunun Digah qəsəbə sakini N.Salmanovdan 1 kiloqramdan artıq marixuana götürülüb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Digah qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nazim Salmanovdan 1 kiloqram 100 qram marixuana götürülüb. Araşdırma aparılır.
Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini N.Həmidovun həyətindən çətənə kolları və marixuana götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Yaxa Dəllək kənd sakini N.Həmidovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 49 ədəd çətənə kolu və 435 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Nizami rayonu ərazisində Bakı şəhər sakininin içərisində 17.800 manat pul olan çantasını oğurlamaqda şübhəli bilinən R.Quliyev saxlanılıb
Martın 28-də Nizami rayonu ərazisində Bakı şəhər sakininin içərisində 17.800 manat pul olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakini R.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini S.Qasımova qarşı quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Kərimli və T.Həmidov saxlanılıblar
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 24-də Bakı şəhər sakini S.Qasımovu bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Kərimli və T.Həmidov müəyyən olunaraq saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisindəki apteklərin birində ödəmə terminalından pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini İ.Muradov saxlanılıb
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 22-nə keçən gecə 6-cı mikrorayon ərazisindəki apteklərin birində quraşdırılan ödəmə terminalından 2775 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini İ.Muradov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xırdalan şəhər sakini Ş.Sərdarova qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Lənkəran şəhər sakini R.Nəsirli saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 25-də Xırdalan şəhəri ərazisində şəhər sakini Ş.Sərdarovun 430 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nəsirli müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci (Soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.