Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Neftçala rayon sakinləri İ.Qərbalıyev və R.Yunusdan ümumilikdə 2 kiloqramdan artıq marixuana götürülüb
30.03.2023
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan rayon sakinləri İ.Qərbalıyevdən 1 kiloqram 30 qram, R.Yunusdan isə 1 kiloqram 95 qram marixuana aşkar olunaraq götürülüb.
Bakı şəhər sakini E.Nəsirovdan heroin aşkar olunaraq götürülüb
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Nəsirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırmalarla onun Şüvəlan qəsəbəsində 2 evdən və bir anbardan 4500 manat dəyərində məişət əşyaları, inşaat materialları və moped oğurlaması da müəyyən olunub.
Yasamalda rayonunda son iki ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 33 nəfər saxlanılıb
Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Amin Kərimli saxlanılıb. Onun üzərinə baxış zamanı 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Amin Kərimli heroini Bakı şəhərində satmaq məqsədi ilə əldə etdiyini bildirib. Yasamal Rayon Polis İdarəsinin, həmçinin ərazi şöbə və bölmələri tərəfindən fevral-mart aylarında rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 33 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 18 kiloqrama yaxın heroin, eləcə də digər növdən olan narkotik vasitələr və metamfetamin çıxarılıb. Saxlanılanlardan bir neçəsi narkotikləri sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiklərini bildiriblər. Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 79 cinayətin açılması təmin olunub
29.03.2023
Martın 29-da ölkə ərazisində qeydə alınan 79, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 41,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının martın 29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 41,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqramdan artıq heroin, 38,9 kiloqrama yaxın marixuana, 200 qram tiryək, 100 qramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini Ə.Əbdülov saxlanılıb
Sabunçu Rayon Polis İdarəsi və 42-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ə.Əbdülov saxlanılıb.Araşdırmalarla onun odlu silahı torpağa basdıraraq gizlətdiyi müəyyən olunub. Davam etdirilən tədbirlərlə polis əməkdaşları tərəfindən onun qəsəbə ərazisindəki Ləhic bağlarında torpağa basdıraraq gizlətdiyi nömrəsi silinmiş “AKMS” markalı avtomat silahı və içərisində 23 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Ağstafa rayonunun Poylu qəsəbə sakini C.Bədirova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməkdə şübhəli bilinən rayon sakini Y.Əhmədov saxlanılaraq istintaqa təhvil verilib
Ağstafa Rayon Polis Şöbəsinə martın 29-da saat 16 radələrində Ağstafa dəmir yolu stansiyası ərazisində Poylu qəsəbə sakini 14 yaşlı C.Bədirovun kəsilmiş-deşilmiş xəsarəti olan meyitinin tapılması barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə rayon sakini Y.Əhmədovun C.Bədirova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Əhmədov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bərdə rayon sakini G.Ələkbərovanı öldürməkdə şübhəli bilinən Ağdam rayon sakini Ş.İmanovun tutularaq istintaqa təhvil verilib
Bərdə Rayon Polis Şöbəsinə martın 29-da saat 23 radələrində rayon sakini G.Ələkbərovanın öldürülməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ş.İmanovun münaqişə zəminində G.Ələkbərovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ş.İmanov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Pirallahı rayonu ərazisində “Dacia Logan” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Eyrabilova vurulub
Martın 29-da saat 10 radələrində Pirallahı rayonu ərazisində Bakı şəhər sakini Ə.Həsənov idarə etdiyi “Dacia Logan” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Eyrabilovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Pirallahı Rayon Polis İdarəsində araşdırma aparılır.
Narkoşəbəkələrinin çökdürülməsi əməliyyatları bayram günlərində də davam etdirilib
Novruz bayramı günlərində polisin də istirahətdə olduğunu və narkotiklərlə mübarizə aparmadığı zənn edən Lənkəran şəhər sakini Vüsal Tahirov bir müddət idi ki, planlaşdırdığı cinayəti reallaşdırmaq üçün hər kəsin evində bayram süfrəsi ətrafında əyləşdiyi bir vaxtda İranda yaşayan narkotacir tanışının qaçaqmalçılıq yolu ilə göndərdiyi külli miqdarda narkotiki əldə etmək üçün hərəkətə başlayır. Amma Vüsal Tahirov ağlına belə gəlməzdi ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onun barəsində əldə etdikləri əməliyyat məlumatını reallaşdırmaq üçün günlərdir məhz bu anı gözləyirdilər. Əməliyyat uğurla baş tutur və Vüsal Tahirov polislər tərəfindən saxlanılır. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı ümumilikdə 62 kiloqram, o cümlədən 23 kiloqram heroin, 7 kiloqram tiryək, 24 kiloqram marixuana və 8 kiloqram metamfetamin aşkar edilir. Bu polisin istirahət günlərində narkotiklərin qanusnuz dövriyyəsinə qarşı həyata keçirdiyi əməliyyatlardan yalnız biridir. Müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı 5 mütəşəkkil dəstə, o cümlədən 46 nəfər saxlanılıb, 1 nəfər isə polisə odlu silahla müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 250 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və 11 min ədəd ekstazi və metadon həbi çıxarılıb. Sonuncu silsilə əməliyyatlar zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha bir neçəsinə zərbə endirilib.Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.