Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
26.02.2023
Fevralın 26-da saat 19 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Əsədov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən paytaxt sakini B.Ələsgərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
25.02.2023
Fevralın 25-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Biləcəri dəmir yolu stansiyası ərazisində saxlanılan Gədəbəy rayon sakini S.Məmmədzadədən marixuana götürülüb
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri dəmir yolu stansiyası ərazisində saxlanılan Gədəbəy rayon sakini S.Məmmədzadədən 450 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Biləsuvar rayon sakini V.Həsənovun pulunu cibgirlik yolu ilə oğurlamaqda şübhəli bilinən Ə.Qasımov saxlanılıb
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini V.Həsənovun 1230 manatını cibgirlik yolu ilə oğurlamaqda şübhəli bilinən Ə.Qasımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində “Opel” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişi vurulub
Fevralın 25-də saat 19 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini R.Eyyubov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Suraxanı rayonu ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Z.İsmayılov vurulub
Fevralın 25-də saat 23 radələrində Suraxanı rayonu ərazisində Beyləqan rayon sakini M.Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Z.İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 90 cinayətin açılması təmin olunub
24.02.2023
Fevralın 24-də ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 5cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb
Polis əməkdaşlarının fevralın 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,3 kiloqramdan artıq heroin, 18 kiloqramdan çox marixuana, həmçinin 222 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Ağstafa rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Baş Cinayət Axtarışı İdarəsi və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla quldurluq əməlində şübhəli bilindiyinə görə tutulan P.Yolçuyevin rayon ərazisindəki evlərin birindən 20.000 manat pul, 1 ədəd qızıl üzük və 2 ədəd gümüş kəmər oğurlaması da müəyyən olunub.
Sumqayıt şəhər ərazisindəki mağazaların birindən velosiped və velosiped diski oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini saxlanılıb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 2 ədəd velosiped və 2 ədəd velosiped diski oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Y.Dadaşzadə saxlanılıb. Araşdırma aparılır.