Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xətai rayonunun Y.Səfərov küçəsində yerləşən parkda məişət tullantıları üçün nəzərdə tutulan 21 qutunun qapaqlarını oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini M.İsgəndərov saxlanılıb
27.02.2023
Xətai rayonunun Y.Səfərov küçəsində yerləşən parkda məişət tullantıları üçün nəzərdə tutulan 21 qutunun qapaqlarının oğurlanması barədə polisə məlumat daxil olub. Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş M.İsgəndərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xətai rayonunun Babək prospektində yerləşən transformator məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Musayev saxlanılıb
Xətai rayonunun Babək prospektində yerləşən transformator məntəqəsindən 2060 manat dəyərində 2 ədəd ayırıcı və açarların oğurlanması barədə polisə məlumat daxil olub. Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini N.Musayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonu ərazisində müxtəlif vaxtlarda bir neçə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini İ.Əliyev saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Saray, Novxanı və Ceyranbatan qəsəbələri ərazisində bir mağazadan, 3 evdən, “Hyundai” və “Mercedes” markalı iki avtomobildən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əliyev saxlanılıb.
Hacıqabul rayonunun Axtaçı Şirvan kəndi ərazisində “Mercedes” markalı avtomobil aşıb
Fevralın 27-də saat 17 radələrində Hacıqabul rayonunun Axtaçı Şirvan kəndi ərazisində kənd sakini M.Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən Ə.Qəfərov hadisə yerində ölüb, 4 nəfər isə xəstəxanaya yerləşdirilib.Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.
Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
Fevralın 25-də saat 23 radələrində Suraxanı rayonu ərazisində Beyləqan rayon sakini M.Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Z.İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
26.02.2023
Fevralın 26-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşlarının respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb
Polis əməkdaşlarının fevralın 25-də və 26-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 490 qramdan artıq heroin, 11,3 kiloqramdan çox marixuana, 40 qramdan artıq metamfetamin,həmçinin 328 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Binəqədi qəsəbə ərazisindəki şirkətlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsəbə ərazisindəki şirkətlərin birindən mühərrik naqilləri, 1780 manat dəyərində dəmir tor və pilləkənlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Qədimov saxlanılıb. Araşdırma aparılır.
Zərdab rayon ərazisində elektrik şəbəkəsindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun elektrik şəbəkəsinə məxsus transformatorlardan 163 ədəd elektrik açarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Əsədov və Bakı şəhər sakini K.Piriyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
Fevralın 26-da saat 23 radələrində Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində Qazax rayon sakini M.Xəlilovun idarə etdiyi “VAZ-21099” və Bakı şəhər sakini R.Əsədovun idarə etdiyi “MAN” markalı yük avtomobili toqquşub. Nəticədə M.Xəlilov və sərnişini O.Rzayev hadisə yerində ölüblər.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.