Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
02.04.2023
Aprelin 2-də saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində F.İbrahimli idarə etdiyi “VAZ-2107” markalı avtomobili divara vurub. Nəticədə avtomobildəki sərnişin E.Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb.Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nərimanov rayonu A.Nemətulla küçəsində yol-nəqliyyat hadisəsi
Aprelin 2-də saat 21 radələrində Nərimanov rayonu A.Nemətulla küçəsində Bakı şəhər sakini E.Həsənli idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi S.Rüstəmovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Bərdə rayon sakini K.Salahov yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölmüşdür
Aprelin 1-də saat 22 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Bərdə rayon sakini K.Salahov idarə etdiyi “Mercedes” markalı avtomobili işıq dirəyinə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü aprelin 2-də orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
Aprelin 2-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
01.04.2023
Aprelin 1-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini F.Həsənova qarşı quldurluq etməkdə şübhəli bilinən Ə.Şahverdiyev saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 26-da Bakı şəhər sakini F.Həsənovun pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Şahverdiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ağstafa şəhər sakini E.Əliyevdən marixuana götürülüb
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyevdən 485 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Xızı rayonunun Giləzi qəsəbə sakini E.Qurbanovdan marixuana götürülüb
Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Giləzi qəsəbə sakini E.Qurbanovdan 462 qramdan artıq marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Şahbuz rayonunun Kiçikoba kəndi ərazisində “AzSamand” markalı avtomobillə kənd sakinləri M.Nəcəfova və oğlu vurulublar
Aprelin 1-də saat 6 radələrində Şahbuz rayonunun Kiçikoba kəndi ərazisində S.Hüseynov idarə etdiyi “AzSamand” markalı avtomobillə yolu keçən kənd sakinləri M.Nəcəfovanı və oğlu A.Nəcəfovu vurub. Nəticədə onlar xəsarətlə xəstəxanaya yerləşdirilib, qadın orada ölüb.Şahbuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində “DAF” markalı qoşqulu yük avtomobili ilə atla yolu keçən İ.Süleymanov vurulub
Aprelin 1-də saat 20 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Babək rayon sakini Q.Vəliyev idarə etdiyi “DAF” markalı qoşqulu yük avtomobili ilə atla yolu keçən kənd sakini İ.Süleymanovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən İ.Süleymanov ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.