DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonunda sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb

31.03.2023

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb. Tədbir zamanı əvvəllər məhkum olunmuş Elşən Həsənzadə tutularaq istintaqa təqdim edilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd revolver tipli tapança və 10 ədəd patron aşkar edilib. Elşən Həsənzadə odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. 
Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün  Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=KQAzWO-x_rM

 

31.03.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 72 cinayətin açılması təmin olunub 31.03.2023
  • Ümumi çəkisi 17,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 31.03.2023
  • Sabirabad rayonunun Şəhriyar kəndində 2 həyətdən ümumilikdə 21 ev quşu oğurlamaqda şübhəli bilinən kənd sakini H.Abbasov saxlanılıb 31.03.2023
  • Goranboy rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri R.Bayramov və R.Rüstəmov saxlanılıblar 31.03.2023
  • Sabunçu rayonunun Maştağa qəsəbəsində “Toyota” markalı avtomobil aşıb 31.03.2023
  • Gəncə şəhəri ərazisində “VAZ-21074” markalı avtomobillə Göygöl rayon sakini E.İsmayılov vurulub 31.03.2023
  • Binəqədi rayonunda sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb 31.03.2023