Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Goranboy rayonunun Zeyvə kəndi ərazisində “Opel” markalı avtomobil aşıb
06.04.2023
Aprelin 7-də saat 4 radələrində Goranboy rayonunun Zeyvə kəndi ərazisində kənd sakini R.Məhərrəmov idarə etdiyi “Opel” markalı avtomobili aşırıb. Nəticədə sərnişini Y.İbrahimli hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Suraxanıda evdən 110.000 dollar oğurlayan şəxslər saxlanılıblar
Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində bir müddət əvvəl Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən evlərdən birində baş verən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Əməliyyat nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov, Niyazi Məmmədov və Namik Bayramov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslər hadisə zamanı oğurluq etdikləri evdən 110.000 dollar, 1000 avro pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.Araşdırmalar zamanı müəyyən edilib ki, qeyd edilən evdən oğurluq etmək təklifi əvvəlcə Üzeyir Bayramovdan gəlib. Onlar hadisə günü Niyazi Məmmədovun avtomobili ilə oğurluq edəcəkləri evə yollanıblar. Hadisədən sonra isə əldə etdikləri ev sahibinə məxsus pul vəsaitlərini aralarında bölüblər.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması təmin olunub
05.04.2023
Aprelin 5-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 2,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının aprelin 5-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 2,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,6 kiloqrama yaxın heroin, 1,1 kiloqramdan çox marixuana, 40 qram tiryək olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Hacıqabul şəhər sakini Ş.Nəcəfovdan marixuana götürülüb
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Nəcəfovdan 490 qram marixuana aşkar olunaraq götürülüb.
Ağdaş şəhər sakini R.Nəbiyevdən marixuana aşkar olunaraq götürülüb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nəbiyevdən 10 qramdan artıq, yaşadığı evə baxış zamanı isə əlavə 385 qram marixuana aşkar olunaraq götürülüb.
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının aprelin 5-də keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Nərimanov rayonu ərazisində yerləşən çay evlərinin birində Bakı şəhər sakini V.Əliyevə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 22-də rayon ərazisində yerləşən çay evlərinin birində Bakı şəhər sakini V.Əliyevin 140 manat pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakinləri V.Rzayev, Z.Hüseynov, qardaşı F.Hüseynov və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki evlərin birindən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən N.Nəsirli saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdiklərin əməliyyat tədbiri nəticəsində Ceyranbatan qəsəbəsindəki evlərin birindən 2000 manat pul və dəyəri 12 min manatdan çox olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən qəsəbə sakini N.Nəsirli saxlanılıb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakı şəhər sakini Ş.Süleymanovun mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ü.Poladov saxlanılıb
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 31-də Bakı şəhər sakini Ş.Süleymanovun mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Poladov müəyyən olunaraq saxlanılıb. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.