Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunun Maştağa qəsəbəsindəki bir həyətdən təmir alətləri və su mühərriklərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
04.04.2023
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbəsindəki bir həyətdən 2200 manat dəyərində təmir alətləri və 3 ədəd su mühərriki oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini E.Salayev və Quba rayon sakini A.Məmmədli müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində “Mercedes” və “Maz” markalı avtomobillər toqquşub
Aprelin 5-də saat 3 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində Şərur rayon sakini İ.Abdullayevin idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini Q.Pirquliyevin idarə etdiyi “Maz” markalı avtomobillər toqquşub. Nəticədə “Mercedes” markalı avtomobildə olan sərnişin M.Həsənov hadisə yerində ölüb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Suraxanı rayonunda evində qanunsuz olaraq “Kalaşnikov” gizlədən şəxs saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub. Tədbir zamanı əvvəllər məhkum olunmuş Camal Quliyev tutularaq istintaqa təqdim edilib. Onun evindən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah aşkar olunaraq götürülüb. Camal Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.Faktla bağlı 33-cü polis Bölməsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
03.04.2023
Aprelin 3-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Nərimanov rayonu ərazisində sürücünü bıçaqla hədələyib 450 manatını talamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Bağırzadə saxlanılıb
Aprelin 3-də günorta saatlarında Nərimanov rayonu ərazisində “Toyota” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyib 450 manatını talaması barədə polisə məlumat daxil olub.Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini C.Bağırzadə müəyyən olunaraq saxlanılıb.Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Binəqədi rayonu ərazisində bir qadına qarşı quldurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini C.Qurbanov saxlanılıb
Aprelin 1-də saat 20 radələrində Binəqədi rayonu ərazisində bir qadının içərisində pulu olan cüzdanının və qızıl-zinət əşyalarının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş C.Qurbanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Silsilə oğurluq cinayətlərində şübhəli bilinərək saxlanılan X.Şəmsiyevdən heroin aşkar olunaraq götürülüb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 5 nəfərin mobil telefonlarını, 3 nəfərin isə cüzdanlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş X.Şəmsiyev müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində bir qadının çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimli saxlanılıb
Aprelin 2-də Səbail rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində pulu, sənəd və bank kartı olan çantasının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisindəki bir qarajdan oğurluq etməkdə şübhəli bilinən şəhər sakini M.Qubatov saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki bir qarajdan 1300 manat dəyərində 2 ədəd velosiped, 1 ədəd kompüter və 1 ədəd qaz sobası oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qubatov saxlanılıb. Araşdırma aparılır.
Ağdaş rayonunun Ləki kəndi ərazisində “KamAZ” markalı avtomobil yolun kənarında dayanan eyni markalı digər avtomobilə çırpılıb
Aprelin 3-də saat 4 radələrində Ağdaş rayonunun Ləki kəndi ərazisində Oğuz rayon sakini E.İsmayılov idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarında dayanan “KamAZ” markalı digər avtomobilə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən E.İsmayılov ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.