Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonunun Məmmədli kənd sakini T.Rəhimovun evindən marixuana, heroin və metamfetamin aşkar olunaraq götürülüb
02.03.2023
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Məmmədli kənd sakini, əvvəllər məhkum olunmuş T.Rəhimovun evinə baxış zamanı oradan 51 qramdan artıq marixuana, 7 qrama yaxın heroin və 15 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Zaqatala şəhər sakini Z.Barabaşovun evindən heroin və tiryək aşkar olunaraq götürülüb
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Barabaşovun evinə baxış zamanı oradan 88 qrama yaxın heroin və 47 qramdan artıq tiryək aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Goranboy və Gəncə şəhərlərindən “VAZ-2121” markalı iki avtomobili qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Qasımov saxlanılıb
Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Goranboy şəhərindən N.Əmiraslanova, Gəncə şəhərindən isə S.Tağıyevə məxsus “VAZ-2121” markalı iki avtomobili qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş R.Qasımov saxlanılıb. Araşdırma aparılır.
Şərur rayonunun Yengicə kənd sakini N.Nəcəfovun evindən qanunsuz saxladığı silah-sursat aşkar olunaraq götürülüb
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yengicə kənd sakini N.Nəcəfovun evinə baxış zamanı oradan qanunsuz saxladığı “TOZ-12” markalı yivli silah və 94 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Şəmkir rayonunun Düyərli kəndi ərazisində “VAZ-21074” markalı avtomobillə yolu keçən rayon sakini P.Əliyeva vurulub
Martın 2-də saat 20 radələrində Şəmkir rayonunun Düyərli kəndi ərazisində Tovuz rayon sakini T.Hüseynov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən rayon sakini P.Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 100 cinayətin açılması təmin olunub
Martın 2-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sabunçu rayonunda fevral ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən fevral ayı ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 21 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.Qeyd edək ki, saxlanılan şəxslərin bir neçəsinin Sabunçu rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 98 cinayətin açılması təmin olunub
01.03.2023
Martın 1-də ölkə ərazisində qeydə alınan 98, əvvəlki dövrlərdən bağlı qalan 32 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 19,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının martın 1-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,8 kiloqramdan artıq heroin, 3,2 kiloqrama yaxın marixuana, 5 kiloqrama yaxın tiryək, 660 qram həşiş, 4,7 kiloqramdan çox metamfetamin, 86 ədəd çətənə kolu, həmçinin 400 ədəd yüksək təsiredici xassəyə malik həblər olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Ağstafa rayonu ərazisində idarə etdiyi avtomobildə saxlanılan Ağdaş rayon sakini N.İsrafilov və həmyerlisi E.Şirinovdan 1 kiloqramdan artıq heroin və 2 kiloqramdan artıq marixuana götürülüb
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Saloğlu kəndi ərazisində Ağdaş rayon sakini N.İsrafilov idarə etdiyi “VAZ-21015” markalı avtomobildə həmyerlisi, əvvəllər məhkum olunmuş E.Şirinovla birgə saxlanılıb. Avtomobilə baxış zamanı onlara məxsus 1 kiloqram 220 qram heroin və 2 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.