Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz olaraq “Makarov” gəzdirən 6 nəfər saxlanılıb
10.04.2023
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz olaraq silah saxlayan şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Elşən Hüseynov, Natiq Qasımov, Taleh Fərziyev, Vaqif Əliyev və Sərxan Ağayev saxlanılıblar. Həmin şəxslərdən 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan paytaxt sakini Adil Musayev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 8 ədəd patron aşkar edilib. Adil Musayev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub
09.04.2023
Aprelin 9-da ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 24,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının aprelin 8-də və 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24,3 kiloqramdan çox marixuana, 190 qrama yaxın heroin, 60 qrama yaxın tiryək, 50 qramdan çox metamfetamin, 640 ədəd metadon həbi, 154 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Nizami rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən bir qrup Şəmkir rayon sakini saxlanılıb
Aprelin 2-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb, həmin mağazadan spirtli içkilər və tütün məmulatlarının oğurlanması, həmçinin orada quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərilməsi məlum olub.Polsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə bu əməli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuşlar V.Hüseynli, Ə.Abdiyev və A.Ələsgərli müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinə məxsus 7 yük avtomobilinin hissələrini sökərək oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinə məxsus “Mercedes” markalı 7 yük avtomobilinin hissələrinin sökülərək oğurlanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakinləri M.Məhərərmov və N.Qarazadə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən oturacaq və idman alətini oğurlamaqda şübhəli bilinən şəhər sakini S.Talıbov saxlanılıb
Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3000 manat dəyərində oturacaq və idman alətinin oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Talıbov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonu ərazisindəki yataqxanaların birinin zirzəmisindən dəmir və plastik borlar oğurlamaqda şübhəli bilinən F.Əzizov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki yataqxanaların birinin zirzəmisindən 10.000 manat dəyərində dəmir və plastik boru oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş F.Əzizov saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonu ərazisində bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini S.Yusifov saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Toyota” markalı bir avtomobildən 1800 manat pul oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş S.Yusifov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən kitabxanaların birindən kompüter, printer və noutbuk oğurlamaqda şübhəli bilinən X.İsrafilov saxlanılıb
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən kitabxanaların birindən qeyri-aşkar şəraitdə kompüter, printer və noutbuk oğurlanması barədə polisə məlumat daxil olub. Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini X.İsrafilov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Balakən rayonunun Şərif kənd sakini R.Qıstarovdan 10 qram marixuana aşkar olunub
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Şərif kənd sakini R.Qıstarovdan 10 qram marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilindiyinə görə saxlanılan həmkəndlisi, əvvəllər məhkum olunmuş K.Maqamedovdan 9 qrama yaxın, həyətinə baxış zamanı 127 qramdan çox marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.