Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xaçmaz rayonu ərazisində bir sıra oğurluq və dələduzluq hadisələrini törətməkdə şübhəli bilinən İ.Hidayətzadə saxlanılıb
15.04.2023
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 7 evdən təmir, inşaat və məişət əşyaları, 3 nəfərin pul və mobil telefonlarını,1 nəfərin velosipedini oğurlamaqda və 1 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini İ.Hidayətzadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Kürdəmir rayonunun Xırdapay kənd sakini İ.Hacıyevdən marixuana götürülüb
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdapay kənd sakini İ.Hacıyevdən 485 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Nərimanov rayonunda İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən daha 18 nəfər saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının son 1 ay ərzində həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini və satışını təşkil edən ümumilikdə 18 nəfər saxlanılıb. Onlardan 5 kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə, eləcə də elektron tərəzilər götürülüb. Həmin şəxslər - Tamerlan Əliyev, Nurlan Aqdamifar, Amid Nəbiyev, Orxan Axundov, Elçin Cəfərov, Ramil Məcnuni, Sultan Rzayev, Kahin Məmmədov, Ağasəf Xurşidov, Vüsal Əzizov, Rəşad Aslanov, Feyruz Cavadov, Rahil Qəniyev, Əminə Səfərova, İlyas Xudadatzadə, Rövşən Abdulov, Rövşən Vəliyev və Gülnar Ağayeva barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin bir-neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları müxtəlif İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldıqlarını bildiriblər.Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlarn davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub
14.04.2023
Aprelin 14-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 3,7 kiloqramdan artıq narkotik vasitə və 44 ədəd yüksək təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının aprelin 14-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 3,7 kiloqramdan artıq narkotik vasitə, həmçinin 44 ədəd yüksək təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3 ədəd skamyanı oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini S.Talıbov saxlanılıb
Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3 ədəd skamyanın oğurlanması barədə polisə məlumat daxil olub.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Talıbov saxlanılıb. Araşdırma aparılır.
Naxçıvan şəhəri ərazisində yerləşən binaların birindən 22 ədəd radiator oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Naxçıvan şəhəri ərazisində yerləşən, fəaliyyəti dayandırılmış inzibati binaların birindən 22 ədəd radiatorun oğurlanması barədə polisə məlumat daxil olub.Naxçıvan ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri M.Nağıyev, A.Rzayev, İ.Bəndəliyev və A.Abdullayev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində saxlanılan sürücü B.Rəhimovun narkotik vasitə qəbul etməsi müəyyən edilib
Aprelin 14-də saat 15 radələrində Binəqədi rayonu ərazisində yerləşən postda yol nişanlanma xəttinin tələbini pozan “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü, Şabran rayon sakini B.Rəhimovun narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 327.1-ci maddələri ilə protokol tərtib edilib. Bu zaman o, polisin qanuni tələbinə tabe olmadığı üçün Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil verilib.
Binəqədi rayonu ərazisində üç həyətdən və bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Rəhimov saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində üç həyətdən su qızdırıcısı, kombi aparatı, naqil, bir avtomobildən 2 ədəd səsgücləndirici oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş M.Rəhimov saxlanılıb. Araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki evlərin birindən tikinti materialları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsindəki evlərin birindən 2000 manat dəyərində tikinti materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Nəsirov və Yardımlı rayon sakini Y.Nurlu saxlanılıblar. Araşdırma aparılır.