Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonu ərazisindəki həyətlərin birindən 1000 manat dəyərində dəmir jalüz oğurlamaqda şübhəli bilinən M.Məmmədov saxlanılıb
12.04.2023
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki həyətlərin birindən 1000 manat dəyərində dəmir jalüz oğurlamaqda şübhəli bilinən Atyalı qəsəbə sakini M.Məmmədov saxlanılıb.Araşdırma aparılır.
Bakı şəhər sakini İ.Məmmədovdan 2 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini İ.Məmmədovdan 2 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Beyləqan şəhər sakini Ş.Əbilovun evindən silah-sursat aşkar olunaraq götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Əbilovun evinə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisində Xocalı şəhər sakini M.Məmmədova məxsus fermadan silah-sursat aşkar olunaraq götürülüb
Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarnın əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisində Xocalı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədova məxsus fermaya baxış zamanı oradan 4 ədəd “F-1”, 1 ədəd “RQ-42”, 1 ədəd “RQ-5” qumbara, 3 ədəd qumbara alışdırıcısı, 86 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Yasamal rayonu ərazisindəki evlərdən birinin girişindən velosiped oğurlamaqda şübhəli bilinən R.Həsənov saxlanılıb
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərdən birinin girişindən velosiped oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Həsənov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırmalarla onun rayon ərazisində müxtəlif ünvanlardan daha 10 velosiped oğurlaması da müəyyən olunub.
Siyəzən rayon sakininin bank hesabından 1300 manatını oğurlamaqda şübhəli bilinən Z.Səlimov saxlanılıb
Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində bir nəfər rayon sakininin bank hesabından 1300 manatını oğurlamaqda şübhəli bilinən rayon sakini Z.Səlimov müəyyən olunaraq saxlanılıb. Araşdırılma aparılır.
Binədə evdən 32 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və evin həyətindəki saxlanc yerindən dəyəri 32 min manatdan çox olan məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub. Şöbə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Məmmədov müəyyən olunaraq saxlanılıb. O, əldə etdi əşyaları isə Biləcəri qəsəbəsində yerləşən metal qəbulu məntəqələrindən birinə satıb.Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə əməliyyat həyata keçirib
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən birgə keçirilən növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri ifşa edilərək saxlanılıblar. Tədbir zamanı Ülzan İsmayılov, Ervin Məmmədov, Rəşad Budaqov və Elşən Məmmədov Masallı rayonu ərazisində tutulublar. Bu şəxslərdən və onlara məxsus nəqliyyat vasitəsindən ümumilikdə 11 kiloqram müxtəlif xassəli narkotik vasitə aşkar edilib. Dəstə üzvləri narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 80 cinayətin açılması təmin olunub
11.04.2023
Aprelin 11-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 9,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının aprelin 11-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,6 kiloqrama yaxın heroin, 5,3 kiloqramdan çox marixuana, 1,3 kiloqrama yaxın tiryək, 450 qramdan çox metamfetamin, 2970 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.