Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şamaxı şəhəri ərazisində yerləşən şirkətlərin birinə məxsus tikilidən oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri M.İsmayıloğlu və iki qardaşı müəyyən olunaraq saxlanılıblar
13.04.2023
Aprelin 13-nə keçən gecə Şamaxı şəhəri ərazisində yerləşən şirkətlərin birinə məxsus tikilidən dəmir inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.Şamaxı Rayon Polis Şöbəsi oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar M.İsmayıloğlu və iki qardaşı müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Şəmkir rayon ərazisində qanunsuz silah saxlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz silah saxlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Dadaşovdan satmaq məqsədilə saxladığı qundağı və lüləsi kəsilmiş yivli tüfəng və 5 ədəd patron aşkar olunub. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Khazar” markalı avtomobilə baxış zamanı oradan metamfetamin də aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
Aprelin 13-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
12.04.2023
Aprelin 12-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xırdalan şəhəri ərazisində marşrut avtobusunda bir qadının cüzdanını oğurlamaqda şübhəli bilinən R.Əliyev saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhəri ərazisində marşrut avtobusunda bir qadının içərisində pul və sənəd olan cüzdanını oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Əliyev müəyyən olunaraq saxlanılıb.Araşdırmalarla onun şəhər ərazisində daha bir nəfərin velosipedini oğurlaması da müəyyən olunub.
Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobillə şəhər sakini M.Əzizova vurulub
Aprelin 12-də saat 8 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini M.Yusibov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi M.Əzizovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Ümumi çəkisi 3 kiloqramdan artıq narkotik vasitə, həmçinin 500 ədəddən çox yüksək təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının aprelin 12-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 3 kiloqramdan artıq narkotik vasitə, həmçinin 500 ədəddən çox yüksək təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Yardımlı rayonunun Sırıq kənd Bələdiyyəsinin sədri M.Şabıyev və Zevin kənd Bələdiyyəsinin sədri Ş.Qadirli barəsində ətraf mühitin mühafizəsi tələblərini pozduqlarına görə protokol tərtib olunub
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Aprelin 11-də Yardımlı rayonunun ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Sırıq kənd Bələdiyyəsinin sədri M.Şabıyev və Zevin kənd Bələdiyyəsinin sədri Ş.Qadirli barəsində protokol tərtib olunub.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində idarə etdiyi avtomobildə saxlanılan sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aprelin 11-də saat 15 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobildə işıq cihazlarından düzgün istifadə etmədiyinə görə saxlanılıb.Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunub.Sabunçu rayon məhkəməsinin qərarı ilə N.Həsənov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 gün müddətində inzibati qaydada həbs edilib.
Xətai rayonunun Q.Məmmədov küçəsindən “Mercedes” markalı bir avtomobili qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini Ə.Hüseynov saxlanılıb
Aprelin 12-də Xətai rayonunun Q.Məmmədov küçəsindən “Mercedes” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılıb.Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.