Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə qəsəbə sakini M.Nağıyev vurulub
07.03.2023
Martın 7-də saat 8 radələrində Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində Şərur rayon sakini A.Nağıyev idarə etdiyi “Toyota” markalı avtomobillə qəsəbə sakini M.Nağıyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Biləsuvar rayonunun Əliabad kəndi ərazisində “Volkswagen” markalı avtomobil aşıb
Martın 7-də saat 22 radələrində Biləsuvar rayonunun Əliabad kəndi ərazisində Bakı şəhər sakini Q.Soltanov idarə etdiyi “Volkswagen” markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qaçaqmalçılıq yolu ilə 83 kiloqram narkotik vasitəni ölkə ərazisinə keçirməyə çalışan daha bir dəstənin üzvləri saxlanılıblar
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri saxlanılıb. Tədbir zamanı Şəki şəhər sakini əvvəllər məhkum olunmuş Famil Əliyev və həmyerlisi Elçin Məmmədov tutulublar. Onların əllərində olan bağlamaya baxış zamanı ümumilikdə 83 kiloqram, o cümlədən 69 kiloqram marixuana, 14 kiloqam tiryək və metamfetamin aşkar olunub.Famil Əliyev narkotik maddələri satış məqsədi ilə “Yaşar” adlı İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə Füzuli rayonu ərazisində əvvəlcədən gizlədilən yerdən götürdüklərini bildirib. Bununla da İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən kanallardan daha birinə güclü zərbə endirilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.
Nərimanov rayonunda ödəmə terminalından 29 min manat oğurlayan şəxs saxlanılıb
Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib. Naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib. Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov müəyyən edilərək saxlanılıb. Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Rəşad Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
06.03.2023
Martın 6-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 82,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının martın 6-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 82,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,2 kiloqrama yaxın heroin, 66,5 kiloqrama yaxın marixuana, 13,6 kiloqramdan çox tiryək olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Goranboy rayonunda narkotik vasitə ilə tutulan E.Əliyevin evindən 2 kiloqramdan artıq heroin götürülüb
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə ilə tutulan E.Əliyevin evinə baxış zamanı oradan 2 kiloqram 45 qram heroin aşkar olunaraq götürülüb.
Suraxanı rayonunun Zığ qəsəbə sakini İ.İbrahimovdan heroin və elektron tərəzi götürülüb
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Zığ qəsəbə sakini İ.İbrahimovdan 6 qram, evinə baxış zamanı isə 115 qramdan artıq heroin və elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub
Martın 6-da saat 12 radələrində Binəqədi rayonu ərazisində yerləşən Daş Bazarı Dairəsində manevr qaydalarını pozan “Audi” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücüsü, Bakı şəhər sakini İlyas Elyazovun narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327-ci və 333.2-ci maddəsi ilə protokol tərtib olunub. Binəqədi rayon məhkəməsinin qərarı ilə İ.Elyazov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 8 gün müddətində inzibati qaydada həbs olunub.
Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 20.000 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini T.Axundov saxlanılıb
Fevralın 14-dən 21-dək olan müddətdə Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 20.000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini T.Axundov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.