Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Suraxanı rayonunun Binə qəsəbəsində 3 evdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Şıxəliyev saxlanılıb
08.03.2023
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 7-də Binə qəsəbəsində 3 evdən pul və zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Şıxəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayon sakini B.Umudovdan marixuana götürülüb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Abşeron rayon sakini B.Umudovdan 885 qram marixuana aşkar olunaraq götürülüb.
Oğurluqda şübhəli bilinən Şabran rayon sakini E.Kərimov müəyyən olunaraq saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Masazır qəsəbəsində 5 evdən ümumilikdə 1500 manat pul və 18.665 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş E.Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Quldurluqda şübhəli bilinən Daşkəsən rayon sakini R.Mirzəyev və Göygöl rayon sakini A.Sadıxov müəyyən olunaraq saxlanılıblar
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 8-də şəhər sakini Z.Namazovu bıçaqla hədələyib 1130 manat, 200 ABŞ dolları pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Daşkəsən rayon sakini R.Mirzəyev və Göygöl rayon sakini A.Sadıxov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Mağazadakı seyfdən 4500 manat oğuramaqda şübhəli bilinən Gəncə şəhər sakini A.Hacıyev müəyyən olunaraq saxlanılıb
Martın 8-nə keçən gecə Gəncə şəhəri ərazisində ticarət mərkəzlərinin birində yerləşən mağazadakı seyfdən 4500 manatın oğurlanması barədə polisə məlumat daxil olub.Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini A.Hacıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Culfa rayonunun Teyvaz kənd sakini A.Mustafayev saxlanılıb
Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 7-də Teyvaz kəndindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən kənd sakini A.Mustafayev saxlanılıb. Araşdırma aparılır.
Mağazadan 1500 manat pul oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakinləri N.Cəfərov və B.Abbasov saxlanılıblar
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 7-də Qırıqlı kəndi ərazisindəki bir mağazadan 1500 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakinləri N.Cəfərov və B.Abbasov saxlanılıblar. Araşdırma aparılır.
Avtomobil qaçırmaqda şübhəli bilinən Dəliməmmədli şəhər sakini E.Sadıqov saxlanılıb
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində martın 7-də Dəliməmmədli şəhəri ərazisindən Y.Şərifova məxsus “VAZ-2101” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Dəliməmmədli şəhər sakini, əvvəllər məhkum olunmuş E.Sadıqov saxlanılıb. Araşdırma aparılır.
Hacıqabul rayonunun Padar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 8-də saat 23 radələrində Hacıqabul rayonunun Padar kəndi ərazisində Bərdə rayon sakini E.Cabbarov idarə etdiyi “Renault” markalı avtomobili qarşıda gedən Ağsu rayon sakini Ş.Ömərovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinə vurub. Nəticədə E.Cabbarovun sərnişini olan nənəsi A.Əliyeva hadisə yerində ölüb, özü və anası isə xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Lənkəran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Martın 8-də saat 23 radələrində Lənkəran şəhəri ərazisində şəhər sakinləri Ş.Səfərlinin idarə etdiyi “Tofaş” və S.Kazımlının idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Səfərlinin sərnişini olan anası S.Səfərova hadisə yerində ölüb, sürücü və digər avtomobildə olan bir sərnişin xəstəxanaya yerləşdiriliblər. Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.