Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağdaş rayonu ərazisindəki orta məktəblərin birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini R.Yusifov saxlanılıb
10.03.2023
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki orta məktəblərin birindən 15 ədəd noutbuk və 1 ədəd proyektor oğurlamaqda şübhəli bilinən rayon sakini R.Yusifov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ağdaş rayonu ərazisindəki elektrik şəbəkəsinə məxsus metal dayağı oğurlamaqda şübhəli bilinən rayon sakini E.Güləliyev saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki elektrik şəbəkəsinə məxsus 5 tonluq metal dayağı oğurlamaqda şübhəli bilinən rayon sakini E.Güləliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Beyləqan rayonunun Eyvazlılar kəndi ərazisindəki bazarda pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini N.Bəkirov saxlanılıb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Eyvazlılar kəndi ərazisində yerləşən mal-qara bazarında Ağcabədi rayon sakini R.Kərimovun 2589 manat pulunu oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş N.Bəkirov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Astara rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini E.Mirzəzadə saxlanılıb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 1651 manat pul oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirzəzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Səbail rayonu ərazisindən R.Cəfərova məxsus motosikleti qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qorişniy saxlanılıb
Səbail RPİ-nin 8-ci Polis Bölməsinə martın 2-nə keçən gecə rayon ərazisindən R.Cəfərova məxsus motosikletin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qorişniy motosikletlə saxlanılıb. Araşdırma aparılır.
Sabirabad rayonunun Şəhriyar kəndi ərazisindən "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Şəhriyar kəndi ərazisindən Bakı şəhər sakini Z.Xudiyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakinləri N.Hüseynov və O.Qardaşov saxlanılıblar. Avtomobil N.Hüseynovun həyətində aşkar olunub. Araşdırma aparılır.
Bakı şəhər sakini X.Hüseynova məxsus “Range-Rover” markalı avtomobildən ov tüfəngi götürülüb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini X.Hüseynova məxsus “Range-Rover” markalı avtomobilə baxış zamanı oradan “Franchi” markalı sənədli ov tüfəngi aşkar olunaraq götürülüb.
Babək rayon sakini T.Səmədlinin evindən ov tüfəngi götürülüb
Babək Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini T.Səmədlinin evinə baxış zamanı oradan nömrəsi silinmiş “Cifsan” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Qəbələ rayonunun Quşlar kənd sakini K.Əzizovdan ov tüfəngi götürülüb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Quşlar kənd sakini K.Əzizovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Saatlı rayonunun Mustafabəyli kənd sakini H.Hüseynovdan ov tüfəngi götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Mustafabəyli kənd sakini H.Hüseynovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.