Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçuda keçirilən tədbirlər zamanı avtomobili narkotik maddələrin təsiri altında idarə edən 4, sərxoş vəziyyətdə sükan arxasında olan 2 sürücü aşkar edilib
08.04.2023
Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən gün yol hərəkəti qaydalarının sürücü və piyadalar arasında təbliğinin daha da gücləndirilməsinə həsr olunan maarifləndirici tədbirlər keçirilib. Tədbir zamanı qadağan olunmuş saatlarda ağır tonnajlı yük avtomobilləri ilə yola çıxan, nəqliyyat vasitələrini səkilərdə, piyada keçidlərinin üzərində saxlayan sürücülər, həmçinin yolu təyin olunmamış yerdən keçən piyadalar aşkar olunub.Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tədbir zamanı avtobusu dayanacaqdan kənarda saxlayan sürücülərlə də profilaktik söhbətlər aparıblar. Avtobus sürücülərinin diqqətinə çatdırılıb ki, sərnişin düşürən və mindirən zaman yollarda sıxlığın yaranmaması üçün nəqliyyat vasitələri ancaq müəyyən olunmuş dayanacaqlarda saxlanılmalıdır.Tədbirlər zamanı yol polisləri tərəfindən ümumilikdə 203 inzibati protokol tərtib olunub. Həmçinin, saxlanılan nəqliyyat vasitələrindən dördünün sürücüsünün narkotik vasitənin təsiri altında, iki sürücünün isə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi aşkar olunub. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada müvafiq tədbirlər görülüb.Qeyd edək ki, Sabunçu rayonu ərazisində bu cür tədbirlər mütəmadi olaraq davam ediriləcək.
“Mobil” şərti adı altında Bakıda narkotik vasitələrin satışını təşkil edən iranlı narkotacirin dəstəsinə daxil olan 5 nəfər saxlanılıb
Nəsimi Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Hüseyn Osmanov, Eldəniz Quliyev, Elyanar İbrahimov, Xəyalə Abbasova və Elmir Məmmədov saxlanılıblar. Həmin şəxslərdən 3 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılanlar şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Mobil” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və həmin şəxs tərəfindən narkokeryerliyə cəlb olunduqlarını bildiriblər. Əməliyat nəticəsində tutulan şəxslərin həmçinin “Mobil” adlı İran vətəndaşının göstərişi ilə sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 82 cinayətin açılması təmin olunub
07.04.2023
Aprelin 7-də ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində avtomobil sürücüsündən hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı şəhər sakini V.Xələfov saxlanılıb
Aprelin 6-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində avtomobilin qarşısının kəsilərək sürücüdən qanunsuz pul tələb edilməsi barədə polisə məlumat daxil olub.Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı şəhər sakini V.Xələfov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini olan bir qadının cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini İ.Nəcəfi saxlanılıb
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini olan bir qadının içərisində 1300 manat pulu, 2 ədəd boyunbağısı və sənədi olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini İ.Nəcəfi müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Biləsuvar rayon sakininin bank hesabından 710 manatını oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Z.Feyziyev saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləsuvar rayon sakininin bank hesabından 710 manatını oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Feyziyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini olan bir qadından aldatma yolu ilə 4500 manatını almaqda şübhəli bilinən V.Qəniyev saxlanılıb
Sumqayıt şəhər sakini olan bir qadının aldatma yolu ilə 4500 manatının alınması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini V.Qəniyev saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində həyətlərin birindən təmir tikinti və ev əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Kürdəxanı qəsəbəsi ərazisində həyətlərin birindən təmir tikinti və ev əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa şəhər sakini, əvvəllər məhkum olunmuş N.Hüseynov, Cəbrayıl rayon sakini E.Əhmədli və Ağdam rayon sakini R.Həsənov saxlanılıblar. Araşdırma aparılır.
Ekoloji təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.Cari ilin mart ayı ərzində Bakı, Sumqayıt şəhərləri, Abşeron və Saatlı rayonları ərazisində bu istiqamətdə keçirilən birgə tədbirlər nəticəsində tullantı emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının pozulması, çirkab suların axıdılması, tibbi, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, ağacların zədələnməsi və ağaclarla bağlı mühafizə tədbirlərinin görülməməsi, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə edərək qanunsuz qum və torpaq daşınması, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi faktları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinin tələblərini pozan 12 fiziki, 3 vəzifəli və 1 hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Paytaxt ərazisində narkokuryerlik etdiyini deyən və milli mənəvi dəyərlərimizi təhqir edərək sosial şəbəkələrdə video formasında paylaşan şəxs saxlanılıb
Sosial şəbəkələrdə bir nəfərin İranda yaşayan “Məhəmməd” adlı şəxsin göstərişi ilə Bakı şəhərində narkokuryerliklə məşğul olduğunu və milli mənəvi dəyərlərimizin təhqirini əks etdirən video görüntülər yayılıb. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs əvvəllər məhkum olunmuş Şükür Mirzəyev Abşeron rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin, marixuana və narkotiklərin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik bank kartı aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şükür Mirzəyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.