Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 7 evdən və bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Hümbətov saxlanılıb
21.05.2023
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 7 evdən və bir avtomobildən ümumilikdə 15.900 manat, 1222 lirə, 12.000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş V.Hümbətov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonunun R.Səfərov küçəsində bir avtomobildən pul, qol saatı və bank kartı oğurlamaqda şübhəli bilinən F.Abbaslı və V.Cəfərov saxlanılıblar
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində R.Səfərov küçəsində “Renault” markalı bir avtomobildən 100 manat pul, 3000 manat dəyərində qol saatı və bank kartı oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri, əvvəllər məhkum olunmuş F.Abbaslı və V.Cəfərov saxlanılıblar. Araşdırma aparılır.
Sabirabad rayonunun Yenikənd kənd sakini M.Qarayevin həyətindən çətənə kolları götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Yenikənd kənd sakini, əvvəllər məhkum olunmuş M.Qarayevin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 123 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Kürdəmir rayonunun Muğanlı kəndi ərazisində “Renault” markalı avtomobillə yolu velosipedlə keçən kənd sakini E.Rzayev vurulub
Mayın 21-də saat 20 radələrində Kürdəmir rayonunun Muğanlı kəndi ərazisində Mingəçevir şəhər sakini F.Mustafazadə idarə etdiyi “Renault” markalı avtomobillə yolu velosipedlə keçən kənd sakini E.Rzayevi vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində “Mercedes” markalı avtomobillə yolu atla keçən Y.Bayramov vurulub
Mayın 20-də saat 14 radələrində Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində rayon sakini Z.Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu atla keçən həmyerlisi Y.Bayramovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Y.Bayramov orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Xaçmaz şəhəri ərazisində rayon sakini P.Qəribov idarə etdiyi mopedlə Şabran rayon sakini T.Quliyevi vurub
Mayın 21-də saat 16 radələrində Xaçmaz şəhəri ərazisində rayon sakini P.Qəribov idarə etdiyi mopedlə yolu keçən Şabran rayon sakini T.Quliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən T.Quliyev orada ölüb. Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şahbuz rayonunun Vayxır kəndi ərazisində “Lifan” markalı avtomobil yolun kənarına aşıb
Mayın 21-də saat 12 radələrində Şahbuz rayonunun Vayxır kəndi ərazisində Z.Səfərov idarə etdiyi “Lifan” markalı avtomobili yolun kənarına aşırıb. Nəticədə sürücü və sərnişini B.Şirinov hadisə yerində ölüblər.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
20.05.2023
Mayın 20-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən “Toyota” markalı bir avtomobili qaçırmaqda şübhəli bilinən Ə.Abbasov həmin avtomobili idarə edərkən saxlanılıb
Mayın 20-də saat 12 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən “Toyota” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Ə.Abbasov 28 May qəsəbəsi ərazisində həmin avtomobili idarə edərkən saxlanılıb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Göygöl rayonunun Nadil kəndi ərazisində bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən kənd sakini N.Həsənzadə saxlanılıb
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 19-na keçən gecə rayonunun Nadil kəndi ərazisində “VAZ-2121” markalı bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən kənd sakini N.Həsənzadə saxlanılıb. Araşdırmalarla onun müxtəlif vaxtlarda kənd ərazisində iki kafedən məişət əşyaları, maqnitofon, 2 ədəd səsgücləndirici və 2 nəfərin mobil telefonlarını oğurlaması da müəyyən olunub.