Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində rayon sakini T.Şamiyevə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən R.Məmmədov saxlanılıb
22.05.2023
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 21-də Göytəpə şəhəri ərazisində rayon sakini T.Şamiyevin 245 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Göytəpə şəhər sakini R.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Salyan rayonunun Kürqaraqaşlı kənd sakini M.Rzayevin həyətindən çətənə kolları götürülüb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Kürqaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş M.Rzayevin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sabirabad şəhəri ərazisindəki evlərin birindən 9000 manat və 7000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən rayon sakini E.Abbasov saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki evlərin birindən 9000 manat və 7000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş E.Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Şabran rayonunun Çölquşçu kənd sakini N.Quliyevdən qanunsuz saxladığı ov tüfəngi və 3 ədəd patron götürülüb
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Çölquşçu kənd sakini N.Quliyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi və 3 ədəd patron götürülüb. Araşdırma aparılır.
Şəki rayonunun Baş Zəyzid kənd sakini A.Quliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Baş Zəyzid kənd sakini A.Quliyevdən qanunsuz saxladığı nömrəsi silinmiş “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Qobustan rayonu ərazisində “KİA” markalı avtomobil aşıb
Mayın 22-də saat 8 radələrində Qobustan rayonu ərazisində Şamaxı rayon sakini M.Səmədov idarə etdiyi “KİA” markalı avtomobili aşırıb. Nəticədə sürücü və avtomobildə olan 4 sərnişin hadisə yerində ölüb, 1 sərnişin isə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Bakıda avtobuslarda cibgirlik edən daha bir şəxs saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxtın Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev saxlanılıb. Araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxt ərazisində daha 3 nəfərin cibindən və çantasından ümumilikdə 2000 manatdan çox pul, sənəd və bank kartı olan cüzdanlarını oğurlaması da müəyyən olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub
21.05.2023
Mayın 21-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 188 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının mayın 20-də və 21-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 188 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 36,1 kiloqramdan artıq heroin, 115 kiloqrama yaxın marixuana, 1,5 kiloqramdan çox tiryək, 35 kiloqrama yaxın metamfetamin, həmçinin 5000 ədəd güclü təsiredici xassəyə malik həb və 234 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Paytaxtın Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Kəlfəliyev saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxtın Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Z.Kəlfəliyev saxlanılıb. Araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxt ərazisində daha 3 nəfərin cibindən və çantasından ümumilikdə 2000 manatdan çox pul, sənəd və bank kartı olan cüzdanlarını oğurlaması da müəyyən olunub.