Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhəri ərazisində yerləşən tibb müəssisələrinin birindən kompyuter dəstlərini və tibb avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Z.Qənbərov və A.Qasımov saxlanılıblar
23.05.2023
Mayın 16-na keçən gecə Sumqayıt şəhəri ərazisində yerləşən tibb müəssisələrinin birindən 7 ədəd kompyuter dəsti və tibb avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini Z.Qənbərov və Şamaxı rayon sakini A.Qasımov saxlanılıblar. Araşdırma aparılır.
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yerləşən marketlərin birində bir qadının cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Nəcəfova saxlanılıb
Mayın 23-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yerləşən marketlərin birində qəsəbə sakini olan qadının içərisində 1080 manatı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 65 yaşlı S.Nəcəfova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Goranboy rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən D.Ələkbərova saxlanılıb
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və 3800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən D.Ələkbərova saxlanılıb. Araşdırma aparılır.
Şəki şəhər sakini E.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şəki şəhər sakini E.Məmmədovdan qanunsuz saxladığı nömrəsi silinmiş “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini Ə.Hüseynovdan və Şilyan kənd sakini İ.Səfərovdan qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ərəbqubalı kənd sakini Ə.Hüseynovdan və Şilyan kənd sakini İ.Səfərovdan qanunsuz saxladıqları “Tula” markalı ov tüfəngləri götürülüb. Araşdırma aparılır.
Göygöl rayonunun Əzgilli kənd sakini C.Verdiyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Əzgilli kənd sakini C.Verdiyevdən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində “Ford” markalı avtomobillə Qobustan rayon sakini A.Quliyeva vurulub
Mayın 22-də saat 12 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini T.İsgəndərov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Qobustan rayon sakini A.Quliyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada mayın 23-də orada ölüb.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sabirabad rayonunda əməliyyat keçirib
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonunda əməliyyat keçirilib. Tədbir zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Şakir Abdullayev saxlanılıb. Onun üzərinə və rayon ərazisində yaşadığı evə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd həmin tapançaya məxsus sandıqça, 1 ədəd “TOZ-8” modelli tüfəng və ümumilikdə 138 ədəd müxtəlif kalibrli patron aşkar edilərək götürülüb. Qeyd olunan faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şakir Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Binəqədi rayonunda son 9 ayda 50-yə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və 6-cı Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində silsilə oğurluqlar edən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov müəyyən olunaraq saxlanılıb. İlkin araşdırmalar zamanı onun 7 evdən və bir avtomobildən ümumilikdə 15.900 manat, 1.222 türk lirəsi, 12.000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub.Vaqif Hümbətov ifadəsində bu oğurluqlarla yanaşı, azadlığa buraxılandan sonra son 9 ay ərzində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində 50-yə yaxın evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığını da etiraf edib.Onun barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Vaqif Hümbətovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Binəqədi Rayon Polis İdarəsinə, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
22.05.2023
Mayın 22-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.