Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabirabad rayonunun Yenikənd kənd sakini R.Baxşiyevə məxsus həyətyanı sahədən çətənə kolları götürülüb
24.05.2023
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Yenikənd kənd sakini R.Baxşiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 101 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Xəzər rayonunun Qala qəsəbəsi ərazisində “Ford” markalı avtomobillə yolu velosipedlə keçən qəsəbə sakini D.Əbilov vurulub
Mayın 24-də saat 14 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Zirə qəsəbə sakini A.İsmayılov idarə etdiyi “Ford” markalı avtomobillə yolu velosipedlə keçən qəsəbə sakini D.Əbilovu vurub və nəticədə velosipedçi hadisə yerində ölüb. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində “BYD” markalı avtomobillə yolu keçən paytaxt sakini K.Fərzəliyev vurulub
Mayın 23-də saat 16 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Piriyev idarə etdiyi “BYD” markalı avtomobillə yolu keçən paytaxt sakini K.Fərzəliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada mayın 24-də ölüb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində “Toyota” markalı avtomobil elektrik dirəyinə çırpılıb
Mayın 25-də saat 3 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakini R.Kotusenko idarə etdiyi “Toyota” markalı avtomobili elektrik dirəyinə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sərnişini olan 9 yaşlı oğlu A.Fətullayev orada ölüb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotikləri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar
Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin əsas üzvlərinin saxlanılması istiqamətində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.Belə ki, Baş İdarənin əməkdaşlarının Sumqayıt şəhərinin Yaşma bağları adlanan ərazisində keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunmuş şəxslər - Elşad Əliyev və Zakir Nağıyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onların üzərindən və Zakir Nağıyevin idarə etdiyi avtomobildən ümumilikdə 187 kiloqram, o cümlədən 113 kiloqram tərkibi psixotrop maddələr əlavə edilərək zənginləşdirilən marixuana, 37 kiloqram heroin, 36 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 5 min ədəd "Metadon M40" həbi aşkar edilərək götürülüb.Araşdırmalar zamanı Elşad Əliyev və Zakir Nağıyevin vaxtaşırı olaraq "Rəsul", “Rza” və şəxsiyyətləri araşdırılan digər İran vətəndaşları ilə əlbir olaraq narkotikləri dəniz yolu ilə ölkə ərazisinə gətirdikləri məlum olub. Saxlanılan şəxslər həmin nakotikləri əldə edəndən sonra Bakı şəhərində ayrı-ayrı şəxslərə ötürərək satışını təşkil etməli imişlər. Elşad Əliyev və Zakir Nağıyev ifadələrində dəfələrlə İrandan xüsusi katerlərlə dəniz vasitəsi ilə qaçaqmalçılıq yolu ilə Xəzər rayonu Zirə qəsəbəsində hər kəsin “qartalın burnu” kimi tanıdığı yerə göndərilən narkotikləri xüsusi texniki vasitələrdən istifadə etməklə əldə etdiklərini və satışını həyata keçirdiklərini bildiriblər.Qeyd edək ki, Elşad Əliyev va Zakir Nağıyev ətrafda şübhə oyatmamaq üçün ilk baxışdan hər kəsdə balıqçı görüntüsü yaradıblar. Araşdırmalarla onların dəniz yolu ilə gətirilən narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olmaları müəyyən edilib.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Dəniz yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirməyə çalışan narkoşəbəkənin daxildə və xaricdəki digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.
Hövsanda üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub. Tədbir zamanı əvvəllər məhkum olunmuş, Hövsan qəsəbəsində yaşayan Tərlan Məmmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərindən 1 ədəd kustar üsulla hazırlanmış atəşə yararlı “Retay F-29” markalı tapança aşkar olunaraq götürülüb. Tərlan Məmmədov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.Faktla bağlı 30-cü Polis Şöbəsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 74 cinayətin açılması təmin olunub
23.05.2023
Mayın 23-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonunun S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsindən “Mercedes Vito” markalı avtomobili qaçıran Kürdəmir rayon sakini F.Rzayev saxlanılıb
Mayın 21-də saat 13 radələrində Binəqədi rayonunun S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini İ.Cəfərova məxsus “Mercedes Vito” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini avtoyuma məntəqəsində işləyən Kürdəmir rayon sakini F.Rzayevin qaçırması və Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunub. F.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir nəfərin bank kartını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini M.Qədimov saxlanılıb
Mayın 17-də Nəsimi rayonu ərazisində bir nəfərin bank kartını itirməsi və həmin gün marketlərin birində həmin kart vasitəsilə 350 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini M.Qədimov müəyyən olunaraq saxlanılıb.Digər əməliyyat tədbiri nəticəsində isə paytaxt sakini olan digər bir nəfərin bank kartındakı hesabından pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Yusubov da saxlanılıb.Araşdırma aparılır.
Bakı şəhər sakinindən hədə-qorxu ilə 380 manat almaqda şübhəli bilinən paytaxt sakini C.Məmmədov saxlanılıb
Mayın 22-də polisə müraciət edən Bakı şəhər sakini bir nəfərin onun fotoşəkillərini sosial şəbəkədə paylaşmasını və hədə-qorxu gələrək hesabına 380 manat ödətdirməsini bildirib. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakini C.Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.