Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xanım sərnişinlərlə qeyri-etik formada davranan, əxlaqsız təkliflər edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü barəsində qanunauyğun ciddi tədbirlər görülüb
25.05.2023
Paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təklif etmələri, eləcə də taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrin təsiri altında olmaları barədə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən silsilə əməliyyatlar davam etdirilir. Həyata keçirilən sonuncu tədbirlər nəticəsində bu günə qədər qeyd olunan əməlləri törədən həmin şirkətlərin 63 sürücüsü müəyyən edilərək saxlanılıb. Son günlərdə keçirilən tədbirlər zamanı analoji hərəkətlər törədən 6 sürücü də saxlanılaraq məsuliyyətə cəlb edilib. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bir qisminin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb olunmaları təmin edilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.Qeyd edək ki, vətəndaşlar taksi xidmətlərindən istifadə edən zaman qarşılaşdıqları bu kimi neqativ hallarla bağlı dərhal ərazi polis orqanlarına, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 74 cinayətin açılması təmin olunub
24.05.2023
Mayın 24-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Biləsuvar rayonunun Çinarlı kəndində kənd sakini Ə.Abdullayevi odlu silahdan atəş açaraq qəsdən öldürməkdə şübhəli bilinən C.Həmidov tutularaq istintaqa təhvil verilib
Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonunun Çinarlı kəndində kənd sakini Ə.Abdullayevin odlu silahdan açılmış atəşdən xəsarət alması nəticəsində xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Biləsuvar Rayon Polis Şöbəsinə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla kənd sakini C.Həmidovun aralarında yaranmış münaqişə zamanı qohumu Ə.Abdullayevi odlu silahdan atəş açmaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. C.Həmidov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Hadisə yerindən müvafiq sənədləri olmayan lüləsi kəsilmiş “İJ-58” markalı ov tüfəngi və bıçaq götürülüb.Faktla bağlı cinayət işi başlanılıb.
Lökbatan qəsəbəsində qəsəbə sakini Ə.Orucova odlu silahdan atəş aşaraq xəsarət yetirməkdə şübhəli bilinən R.Cəfərov saxlanılıb
Mayın 24-də saat 18 radələrində Lökbatan qəsəbəsində qəsəbə sakini Ə.Orucovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən R.Cəfərov müəyyən olunaraq saxlanılıb. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.Faktla əlaqədar cinayət işi başlanılıb.
Paytaxt sakini olan bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən V.Əliyev müəyyən olunaraq saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 200 manatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində Bakı şəhər sakini M.Quliyevə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən N.Ağayev saxlanılıb
Mayın 20-də Nəsimi rayonu ərazisində bir nəfərin Bakı şəhər sakini M.Quliyevə zor tətbiq edərək içərisində 4000 manat olan cüzdanını və 2800 manat dəyərində mobil telefonunu talaması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində Bakı şəhər sakini S.Niftiyevə qarşı xuliqanlıq etməkdə şübhəli bilinən V.Qurbanov müəyyən olunaraq saxlanılıb
Mayın 15-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini S.Niftiyevin döyülməsi və “Mercedes” markalı avtomobilinin zədələnməsi barədə polisə məlumat daxil olub.Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlıq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Qurbanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xətai rayonunun Y.Səfərov küçəsində Bakı şəhər sakini N.Əliyevə qarşı quldurluq etməkdə şübhəli bilinən iki yeniyetmə saxlanılıb
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 24-də Y.Səfərov küçəsində Bakı şəhər sakini N.Əliyevin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini olan iki yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunun Dərnəgül qəsəbəsi ərazisində bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini E.Əhmədov saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 23-də Dərnəgül qəsəbəsi ərazisində bir qadının 100 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini B.Məmmədov saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu qəsəbəsindəki evlərin birindən pul, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş B.Məmmədov saxlanılıb. Araşdırma aparılır.