Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub
25.05.2023
Mayın 25-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayonunun Novxanı kəndi ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Qazax rayon sakini R.Məmmədov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı kəndi ərazisindəki mağazaların birindən pul və 500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Masallı rayonu ərazisində 4 həyətyanı sahədən ümumilikdə 11 baş qoyun oğurlamaqda şübhəli bilinən Ş.Ağayev saxlanılıb
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində 4 həyətyanı sahədən ümumilikdə 11 baş qoyun oğurlamaqda şübhəli bilinən Çaxırlı kənd sakini Ş.Ağayev saxlanılıb. Araşdırma aparılır.
Biləsuvar rayonu ərazisində saxlanılan Bakı şəhər sakini S.Səfərovdan narkotik vasitələr aşkar olunaraq götürülüb
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini S.Səfərovdan 1 kiloqram 365 qram heroin, 152 qrama yaxın metamfetamin, 535 qram tiryək və 67 qrama yaxın marixuana aşkar olunaraq götürülüb.
Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində “VAZ-2106” markalı bir avtomobildən 2 kiloqramdan artıq heroin və 4 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ərkivan qəsəbəsi ərazisində Cəlilabad rayon sakinləri İ.Qarayevə məxsus “VAZ-2106” markalı avtomobilə baxış zamanı F.Əliyevə məxsus 2 kiloqram 390 qram heroin və 4 kiloqram 525 qram marixuana aşkar olunaraq götürülüb.
Xətai rayonunun X.Məmmədov küçəsində “Daewoo” markalı marşrut avtobusu ilə yolu keçən S.Quluzadə vurulub
Mayın 25-də saat 13 radələrində Xətai rayonunun X.Məmmədov küçəsində Bakı şəhər sakinləri A.Hüseynov idarə etdiyi “Daewoo” markalı marşrut avtobusu ilə yolu keçən S.Quluzadəni vurub və nəticədə piyada hadisə yerində ölüb. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Xaçmaz şəhəri ərazisində “Khazar” markalı avtomobillə velosipedlə yolu keçən kişi vurulub
Mayın 25-də saat 22 radələrində Xaçmaz şəhəri ərazisində rayon sakini Y.Əsədullayev idarə etdiyi “Khazar” markalı avtomobillə velosipedlə yolu keçən 50-55 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Beyləqan şəhəri ərazisində “Niva” və “VAZ-2106” markalı avtomobillər toqquşub
Mayın 25-də saat 9 radələrində Beyləqan şəhəri ərazisində Füzuli rayon sakini C.Əlioğlunun idarə etdiyi “Niva” və şəhər sakini F.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən F.Məmmədov orada ölüb.Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Torpaq sahələrinin qeydiyyata alınması üçün saxta sənədlər hazırlayan şəxs saxlanılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ayrı-ayrı vətəndaşların torpaq sahələrinin dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən sənədlərdə saxtakarlıq hallarının aşkar edilməsi faktlarına dair Daxili İşlər Nazirliyinə edilən müraciətlər əsasında xüsusi əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Təqdim edilən saxtakarlıq halları əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 320.1 (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işinin ibtidai istintaqına başlanılıb. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində saxta sənədləri hazırlayan, həmçinin istifadə edən şəxslərin dairəsi müəyyən edilib. Tədbir nəticəsində saxta sənədlərin hazırlanmasına birbaşa rəhbərliyi həyata keçirən Saatlı rayon sakini, paytaxt ərazisində daşınmaz əmlak alqı-satqısı üzrə vasitəçi (makler) kimi fəaliyyət göstərən Qamət Soltanov şübhəli şəxs qismində tutulub. Onun ofisinə, idarə etdiyi avtomobilə və paytaxtın Suraxanı rayonunda yaşadığı ünvana baxış zamanı saxta sənədlərin hazırlanmasında istifadə etdiyi müxtəlif dövlət və bələdiyyə orqanlarına aid 31 ədəd saxta möhür, 2 ədəd ştamp, saxta sənəd nümunələrinin saxlanıldığı 6 ədəd yaddaş kartı, notbuk, rəngli printer qurğusu, hazırlanmış saxta sənədlər və digər dəftərxana ləvazimatları aşkar edilərək götürülüb. Qamət Soltanov ifadəsində torpaq sahələrinin dövlət qeydiyyatına alınması üçün saxta sənədlərin hazırlanması ilə məşğul olduğunu etiraf edib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Mayın 15-dən 22-dək olan müddətdə Zaqatala, Balakən, Qax, Şəki, Oğuz şəhər və rayonları ərazilərində keçirilən belə tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların tələblərinin pozulması faktları aşkar olunub.İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması), 243.0.1-ci (yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması) maddələrinin tələblərini pozduqlarına görə Oğuz rayonunda Sincan və Muxas, Şəki rayonunda Qoxmuq, Qax rayonunda Güllük, Qum və Ləkit, Balakən rayonunda Qullar, Zaqatala rayonunda Yuxarı Tala və Suvagil kənd bələdiyyələrinin sədrləri, həmçinin 10 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.