Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qobustan rayonunun Cəngi kəndi ərazisində “Mercedes” markalı avtomobil aşıb
23.04.2023
Aprelin 24-də saat 1 radələrində Qobustan rayonunun Cəngi kəndi ərazisində Xırdalan şəhər sakini F.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
22.04.2023
Aprelin 22-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində saxlanılan avtomobilin qəsəbə ərazisindəki avtomobillərin yuyulması məntəqəsindən qaçırılması müəyyən olunub
Aprelin 22-də saat 9 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində “Changan” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalar zamanı sürücünün Şərur rayon sakini Rəmzi Əliyev olması və avtomobili sürücülük hüququ olmadan, etibarnaməsiz, sərxoş halda idarə etməsi, həmçinin həmin avtomobili qəsəbə ərazisindəki işlədiyi avtomobillərin yuyulması məntəqəsindən qaçırması müəyyən olunub. R.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 334.1-ci maddələri ilə protokol tərtib edilib və avtomobillə birgə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.
Yasamal rayonu ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən E.Nəbiyev saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində yerləşən marketlərin birindən 1125 manat dəyərində viski oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elcan Nəbiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Goranboy rayonu ərazisində bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini S.Mustafayev saxlanılıb
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində bir avtomobildən 1038 manat pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini S.Mustafayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Şirvan şəhəri ərazisindəki evlərin birindən qaynaq aparatı oğurlamaqda şübhəli bilinən şəhər sakini M.Nəsirov saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki evlərin birindən 300 manat dəyərində qaynaq aparatı oğurlamaqda şübhəli bilinən şəhər sakini M.Nəsirov saxlanılıb. Araşdırmalarla onun daha bir evdən 350 manat dəyərində taxta, digər bir evin həyətindən isə avtomobil qaldırıcı qurğu, qaz mühərriki, su mühərriki, samovar və təmir alətləri oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.
Bərdə şəhər sakini E.Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini R.Məmmədov saxlanılıb
Aprelin 22-də saat 19 radələrində Bərdə şəhər sakini E.Məmmədovun odlu silahdan açılmış atəşdən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla şəhər sakini R.Məmmədovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə E.Məmmədova xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən olunub və o, polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Lənkəran rayon sakini S.Həsənova məxsus həyətyanı sahədən çətənə kolları götürülüb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, əvvəllər də narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş S.Həsənova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 47 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Yasamal rayonunun N.Hikmət küçəsində “Toyota” markalı avtomobillə yolu keçən 30-35 yaşlı bir qadın vurulub
Aprelin 22-də saat 23 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində Sumqayıt şəhər sakini H.Niftəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 30-35 yaşlı bir qadını vurub və nəticədə piyada hadisə yerində ölüb.Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
21.04.2023
Aprelin 21-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.