Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
26.05.2023
Mayın 26-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yerləşən bir anbardan oğurluq etməkdə şübhəli bilinən İ.Abbasov saxlanılıb
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yerləşən bir anbardan 30.000 manat dəyərində ərzaq məhsulları və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini İ.Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunun Ramana qəsəbəsində F.Bayramova məxsus avtomobili yandırmaqda şübhəli bilinən qəsəbə sakini S.Heydərzadə müəyyən olunaraq saxlanılıb
Mayın 26-da saat 10 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində bir nəfərin “Opel” markalı avtomobilin üzərinə benzin tökərək yandırması barədə polisə məlumat daxil olub.Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə F.Bayramova məxsus avtomobili yandırmaqda şübhəli bilinən qəsəbə sakini olan S.Heydərzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini M.Xasanovun idarə etdiyi avtomobildən 1 kiloqramdan artıq heroin və 68 qramdan çox metamfetamin götürülüb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini M.Xasanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 25 qramdan artıq heroin və 21 qramdan çox metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Nissan” markalı avtomobilə baxış zamanı oradan əlavə 1 kiloqram 461 qramdan artıq heroin və 68 qramdan çox metamfetamin götürülüb. Araşdırma aparılır.
İmişli rayonunun Yalavac kənd sakini F.Hacıyevin həyətyanı sahəsindən çətənə kolları və 2 kiloqramdan artıq marixuana götürülüb
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Yalavac kənd sakini F.Hacıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 174 ədəd çətənə kolu və 2 kiloqram 110 qram marixuana aşkar olunaraq götürülüb.
Şərur rayonunun Aşağı Aralıq kənd sakini Q.Quliyevin evindən qanunsuz saxladığı 3 ədəd ov tüfəngi aşkar olunaraq götürülüb
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Aşağı Aralıq kənd sakini Q.Quliyevin evinə baxış zamanı qonşusu R.Hüseynova məxsus, qanunsuz saxladığı “İJ”, “Teksan” və “Maqnum” markalı 3 ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Balakən rayonunun Qazma kənd sakini B.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qazma kənd sakini B.Məmmədovdan qanunsuz saxladığı nömrəsi silinmiş “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Şəmkir rayonunun Düyərli kənd sakini M.Hacıyevin evindən qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Düyərli kənd sakini M.Hacıyevin evinə baxış zamanı qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Kürdəmir rayonunun Sorsor kəndində ov tüfəngi ilə ehtiyatsız davrandığından xəsarət almış V.İsmayılovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Mayın 26-da Kürdəmir rayonunun Sorsor kəndində bir nəfərin odlu silahdan açılmış atəşdən ayağından xəsarət alması barədə Kürdəmir Rayon Polis Şöbəsinə məlumat daxil olub. Araşdırmalarla Şamaxı rayon sakini V.İsmayılovun ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən ayağından xəsarət alması müəyyən edilib. Polis əməkdaşları V.İsmayılovdan qanunsuz saxladığı nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngini götürüblər.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində “İnfiniti” markalı bir avtomobildən cüzdan oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini S.Məmnmədov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 13-də Masazır qəsəbəsi ərazisində “İnfiniti” markalı bir avtomobildən içərisində 500 manat olan cüzdan oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş S.Məmnmədov saxlanılıb. Araşdırma aparılır.