Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şirvan şəhəri ərazisində yerləşən marketlərin birində ödəmə terminalından 5694 manat oğurlamaqda şübhəli bilinən C.İsmayılov saxlanılıb
27.05.2023
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində yerləşən marketlərin birində quraşdırılmış ödəmə terminalından 5694 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş C.İsmayılov saxlanılıb. Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulmuş E.Abbasovun Sabirabad rayonu ərazisində bir bərbərxanadan və bir evdən, Saatlı rayonu ərazisində isə digər bir evdən də oğurluq törətməsi müəyyən olunub
Sabirabad və Saatlı Rayon Polis şöbələrinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulmuş E.Abbasovun Sabirabad rayonu ərazisində bir bərbərxanadan 2000 manat dəyərində televizor, bərbər ləvazimatları, bir evdən 1800 manat dəyərində məişət əşyaları, Saatlı rayonu ərazisində isə digər bir evdən 600 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.
Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Ş.Şixamirovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Yuxarı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Şixamirovdan qanunsuz saxladığı nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “ZK” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Axtarışda olan Şəki rayon sakini B.Əhmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində axtarışda olan Oxud kənd sakini, əvvəllər məhkum olunmuş B.Əhmədovdan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş “TOZ-B” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Balakən rayonunun Hənifə kənd sakini M.Mehdiyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Hənifə kənd sakini M.Mehdiyevdən qanunsuz saxladığı nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Ağdaş şəhər sakini R.Soltanovun həyətyanı sahəsindən 36 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Soltanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Ağsu dolaylarında 2 hektar torpaq sahəsində yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağsu dolaylarında 2 hektar torpaq sahəsində yabanı halda bitən, çəkisi 1 ton 50 kiloqram olan 2763 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində moped yolun kənarında dayanan “Ford Transit” markalı avtomobilə çırpılıb
Mayın 27-də saat 16 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində qəsəbə sakini R.Əliyev idarə etdiyi mopedi yolun kənarında dayanan “Ford Transit” markalı avtomobilə vurub və nəticədə hadisə yerində ölüb.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub
Mayın 27-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Nəsimi rayonunda “Babək” adlı iranlı narkotacirin şəbəkəsinin 4 üzvü saxlanılıb
Ötən gün Bakının Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.Belə ki, Nəsimi Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Cavid Niyazov, Aydın Məlikov, tanışı Elman Yolçuyev və Şaiq Kazımov tutulublar. Həmin şəxslərdən 10 kiloqrama yaxın heroin, marixuana və metamfetamin aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan “Babək” adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər. Həmçinin saxlanılan şəxslərin hər biri ölkə ərazisində narkotik vasitələrin satışını təşkil etməklə yanaşı, gəncləri və yeniyetmələri narkokuryerliyə cəlb etməyə çalışıblar.Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Cavid Niyazov, Aydın Məlikov, Elman Yolçuyev və Şaiq Kazımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.