Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Salyan rayon sakinləri A.Orucovdan tiryək və marixuana aşkar olunaraq götürülüb
28.05.2023
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Salyan rayon sakinləri A.Orucov idarə etdiyi “VAZ-21015” markalı avtomobildə sərnişini M.Bahəddinovla birgə saxlanılıb. A.Orucovdan 2 kiloqram 765 qram tiryək və 215 qrama yaxın marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Hacıqabul şəhər sakini A.Soltanovdan marixuana aşkar olunaraq götürülüb
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Soltanovdan 485 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Xocalı rayonunun Meşəli kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Meşəli kəndi ərazisində yabanı halda bitmiş 584 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Suraxanı rayonu Zığ şossesində “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakinləri S.Rəsulova, S.Cavadova və azyaşlı qızı vurulub
Mayın 28-də saat 21 radələrində Suraxanı rayonu Zığ şossesində Bakı şəhər sakini A.Əliyev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakinləri S.Rəsulovanı, S.Cavadovanı və azyaşlı qızını vurub. Nəticədə hər iki piyada hadisə yerində, uşaq isə xəstəxanada ölüb.Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Yevlax rayonunun Kolanı kəndi ərazisində “Mercedes” markalı avtomobil aşıb
Mayın 28-də saat 13 radələrində Yevlax rayonunun Kolanı kəndi ərazisində Bərdə rayon sakini V.İsmayılzadə idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən Ş.Fərzəliyev hadisə yerində ölüb, digər 3 sərnişinə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Lənkəran rayonunun Xanbulan kəndi ərazisində “MAN” markalı avtobusla “Nissan” markalı avtomobil toqquşub
Mayın 28-də saat 14 radələrində Lənkəran rayonunun Xanbulan kəndi ərazisində Bakı şəhər sakini M.Hacıyevin idarə etdiyi “MAN” markalı avtobusla Lənkəran şəhər sakini R.Məmmədovun idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub. Nəticədə “Nissan” markalı avtomobilin sürücüsü və bir sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb. Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
İsmayıllı rayonunun Qaraqaya kəndi ərazisində “İsuzu” markalı avtomobillə yolu keçən Qobustan rayon sakini A.Cəfərov vurulub
Mayın 28-də saat 18 radələrində İsmayıllı rayonunun Qaraqaya kəndi ərazisində Sumqayıt şəhər sakini Ş.İsgəndərov idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Qobustan rayon sakini A.Cəfərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində “Niva” markalı avtomobillə yolu keçən Daşkəsən rayon sakini P.Məmmədov vurulub
Mayın 28-də saat 4 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Şəki rayon sakini Z.Qüvvətov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən Daşkəsən rayon sakini P.Məmmədovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Binəqədi rayonu ərazisində sərnişininə qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən taksi sürücüsü E.Səmədzadə müəyyən olunaraq saxlanılıb
27.05.2023
Mayın 27-nə keçən gecə Binəqədi rayonu ərazisində taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Səmədzadə müəyyən olunaraq saxlanılıb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Nizami rayonu ərazisində bir nəfərin çantasını oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini A.Hüseynov saxlanılıb
Mayın 26-da Nizami rayonu ərazisində bir nəfərin içərisində 870 manat pulu, bank kartları, sənədlər və mobil telefonu olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakini A.Hüseynov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.