Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində 3 evdən, 2 mağazadan və 1 kafedən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən A.Miraşikinko saxlanılıb
29.05.2023
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binə qəsəbəsi ərazisində 3 evdən, 2 mağazadan və 1 kafedən ümumilikdə 4000 manat pul və 3080 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Miraşikinko saxlanılıb. Araşdırma aparılır.
Şəmkir rayonunun Dəllər Cırdaxan kənd sakini F.Muradovun evindən ov tüfəngi aşkar olunaraq götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Dəllər Cırdaxan kənd sakini, əvvəllər məhkum olunmuş F.Muradovun evinə baxış zamanı müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Goranboy rayonu ərazisində narkotik vasitə ilə tutulmuş R.Muradovun gizlətdiyi silah-sursat aşkar olunaraq götürülüb
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş R.Muradovun Dəliməmmədli şəhəri ərazisində gizlətdiyi “AKM” markalı avtomat silah, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar olunaraq götürülüb.
Lənkəran rayonunun Balıqçılar qəsəbə sakini S.Ağakişiyevdən narkotik vasitələr və silah-sursat aşkar olunaraq götürülüb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Balıqçılar qəsəbə sakini S.Ağakişiyevdən heroin, metamfetamin, habelə yaşadığı evə baxış zamanı nömrəsi silinmiş “AK-74” markalı avtomat silah, 1 ədəd patron darağı və 10 ədəd patron aşkar olunaraq götürülüb.
Qax rayonunun Qum kəndi ərazisində 60 kvm. sahədə yabanı halda bitmiş çətənə kolları məhv edilib
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qum kəndi ərazisində 60 kvm. sahədə yabanı halda bitmiş 2,4 ton çəkidə 2890 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Xəzər rayonunun Qala qəsəbəsi ərazisində “Toyota” markalı avtomobil yolun kənarında dayanan “KamAZ” markalı avtomobilə çırpılıb
Mayın 29-da saat 16 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Ağdam rayon sakini A.Rzayev idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarında dayanan “KamAZ” markalı avtomobilə vurub və nəticədə hadisə yerində ölüb. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
28.05.2023
Mayın 28-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Naxçıvan şəhəri ərazisindən Şahbuz rayon sakini A.Cəfərova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Babək rayon sakini Ə.Fərəcov saxlanılıb
Mayın 28-də saat 6 radələrində Naxçıvan şəhəri ərazisindən Şahbuz rayon sakini A.Cəfərova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Babək rayon sakini Ə.Fərəcov rayonun Şıxmahmud kəndi ərazisində avtomobillə saxlanılıb. Araşdırma aparılır.
Metronun “28 May” stansiyasının qarşısında bir nəfərin çantasını açıq talama yolu ilə almaqda şübhəli bilinən Ağdaş rayon sakini M.Eminov saxlanılıb
NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 27-də saat 22 radələrində metronun “28 May” stansiyasının qarşısında bir nəfərin içərisində pulu, sənəd və əşyaları olan çantasını açıq talama yolu ilə almaqda şübhəli bilinən Ağdaş rayon sakini M.Eminov saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Saatlı rayon sakini K.Qarayev saxlanılıb
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kürdəxanı qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 830 manat dəyərində siqaret, spirtli içki və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş K.Qarayev saxlanılıb. Araşdırma aparılır.