Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Neftçala rayonunun Xolqarabucaq kənd sakini X.Həziyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
30.05.2023
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xolqarabucaq kənd sakini X.Həziyevdən qanunsuz saxladığı nömrəsi silinmiş ”TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Tovuz rayonunun Qovlar şəhər sakini T.Məmmədovun evindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qovlar şəhər sakini T.Məmmədovun evinə baxış zamanı oradan qanunsuz saxladığı nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Beyləqan rayonunun Qəhrəmanlı kənd sakini M.Orucovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qəhrəmanlı kənd sakini M.Orucovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Sumqayıt şəhəri ərazisində “Ford Transit” və “VAZ-2107” markalı avtomobillər toqquşub
Mayın 29-da saat 21 radələrində Sumqayıt şəhəri ərazisində Ağdam rayon sakini Ə.Məmmədovun idarə etdiyi “Ford Transit” və Quba rayon sakini T.Kərimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən T.Kərimov mayın 30-da ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində “Lada-21214” markalı avtomobillə yolu keçən R.Fərəcova vurulub
Mayın 30-da saat 13 radələrində Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində rayon sakini E.Muradov idarə etdiyi “Lada-21214” markalı avtomobillə yolu keçən R.Fərəcovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Tərtər rayonunun Təzəkənd kəndi ərazisində “Chevrolet” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb
Mayın 30-da saat 18 radələrində Tərtər rayonunun Təzəkənd kəndi ərazisində Kəlbəcər rayon sakini Q.Quluzadə idarə etdiyi “Chevrolet” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobildəki sərnişinlər R.Quluzadə və E.Ziyadova hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xocalı rayonunun Baharlı kəndi ərazisində “Hovo” markalı yük avtomobili ağaca çırpılıb
Mayın 30-da saat 19 radələrində Xocalı rayonunun Baharlı kəndi ərazisində Füzuli rayon sakini N.Hüseynov idarə etdiyi “Hovo” markalı yük avtomobilini ağaca vurub. Nəticədə avtomobildəki sərnişin Cəlilabad rayon sakini L.Ərəbov hadisə yerində ölüb, sürücü və digər 3 sərnişini xəstəxanaya yerləşdiriliblər. Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Abşeron rayonunun Fatmayı qəsəbəsi ərazisində “QAZ-31” markalı avtomobil maneəyə çırpılıb
Mayın 30-da saat 20 radələrində Abşeron rayonunun Fatmayı qəsəbəsi ərazisində Mehdiabad qəsəbə sakini R.Qəribov idarə etdiyi “QAZ-31” markalı avtomobili maneəyə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Qəbələ şəhəri ərazisində “Volkswagen” markalı avtomobil ağaca çırpılıb
Mayın 30-da saat 23 radələrində Qəbələ şəhəri ərazisində Bakı şəhər sakini R.Mustafayev idarə etdiyi “Volkswagen” markalı avtomobili ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 35 cinayətin açılması təmin olunub
29.05.2023
Mayın 29-da ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.