Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin növbəti əməliyyatı zamanı İrandan 50 kiloqram narkotik vasitə gətirən daha bir nəfər saxlanılıb
31.05.2023
İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə göndərilən külli mqidarda narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdşaları tərəfindən növbəti dəfə uğurla alınıb. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Abşeron rayon sakini Namiq Məmmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Onun avtomobilinə və üzərinə baxış zamanı 50 kiloqram, o cümlədən 28 kiloqram heroin və 22 kiloqram pixotrop naddə metamfetamin aşkar edilərək götürülüb. Namiq Məmmədov narkotik vasitələri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan “Hadı” adı tanışının vasitəsilə Qaradağ rayonunda gizlədilən yerdən paytaxt ərazisində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Namiq Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.Sonuncu əməliyyat zamanı İranda yaşayan və milli genefondumuzun məhv edilməsi üçün narkotikləri qaçaqmalçılıq yolu ilə ölkəyə göndərməyə çalışan narkotacirlərin daxildəki dayaqlarına daha bir zərbə endirilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
30.05.2023
Mayın 30-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonu ərazisində bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Qusar rayon sakini N.Ramazanov saxlanılıb, daha 2 nəfər isə müəyyən olunub
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi rayonu ərazisində bir qadının içərisində bank, gediş kartları və mobil telefonu olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş N.Ramazanov saxlanılıb, daha 2 nəfəri isə müəyyən olunub. Araşdırma aparılır.
Gəncə şəhər sakini olan bir nəfərin cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Azayev saxlanılıb
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 24-də Gəncə şəhər sakini olan bir nəfərin içərisində 1028 manatı, bank kartları, sənəd və əşyaları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Azayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində bir nəfərin cibindən pul oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini M.Bukavadze saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 30-da rayon ərazisində bir nəfərin cibindən 400 manat və 4500 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini M.Bukavadze müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
İsmayıllı rayonunun İsmayıllı kənd sakini X.Ziliyevin idarə etdiyi avtomobildən 1 ton 840 kiloqrama yaxın at əti aşkar olunaraq götürülüb
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində mayın 30-da İsmayıllı kənd sakini X.Ziliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobilə baxış zamanı oradan 1 ton 840 kiloqrama yaxın at əti aşkar olunaraq götürülüb. 10 rəst ata aid ət müvafiq nümunələr götürülməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilib. Araşdırma aparılır.
Bakı şəhər sakini K.İsmayılovun idarə etdiyi avtomobildən 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş K.İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı oradan 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Biləsuvar rayonu ərazisində saxlanılan Bakı şəhər sakinləri S.Rzayevdən 3 kiloqramdan artıq metamfetamin götürülüb, M.Quliyevin isə axtarışda olması müəyyən olunub
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri M.Quliyev və S.Rzayev saxlanılıblar. S.Rzayevdən 3 kiloqram 355 qram metamfetamin aşkar olunaraq götürülüb. Araşdırmalarla M.Quliyevin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən olunub.
Neftçala rayonunun Qaraqaşlı kənd sakini Ə.Kərimova məxsus həyətyanı sahədən çətənə kolları, evindən isə marixuana aşkar olunaraq götürülüb
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Kərimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 1090 ədəd çətənə kolu, evindən isə 7,8 kiloqram marixuana aşkar olunaraq götürülüb.
Balakən şəhər sakini M.Abdullayevə məxsus həyətyanı sahədən çəkisi 249 kiloqramdan artıq çətənə kolları və 2 kiloqramdan artıq marixuana götürülüb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Balakən şəhər sakini M.Abdullayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 249 kiloqramdan artıq 350 ədəd çətənə kolu və 2 kiloqram 155 qram marixuana aşkar olunaraq götürülüb.