Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəmkir rayonunun Dəllər-Zəyəm mənzilindəki dəmir yolu keçidinin növbətçisini təhdid etməkdə və növbətçi otağına ziyan vurmaqda şübhəli bilinən A.Hüseynov saxlanılıb
31.05.2023
Mayın 31-də saat 00.30-da Şəmkir rayonunun Dəllər-Zəyəm mənzilində yerləşən tənzimlənən dəmir yolu keçidində fəaliyyət göstərən keçid növbətçisi naməlum şəxs tərəfindən təhdid edilib, daha sonra isə növbətçi otağına ziyan vurulub.NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən bu əməli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini A.Hüseynov saxlanılıb. Araşdırma aparılır.
Qaradağ rayonunun Ələt qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən C.Nurəliyev və T.Zairov saxlanılıblar
Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Nurəliyev və T.Zairov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Bakı şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini V.Qafarov saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 25-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 641 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini V.Qafarov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonunun Ə.Əliyev küçəsində yerləşən köşklərin birindən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən E.İsayev saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 8-nə keçən gecə Ə.Əliyev küçəsində yerləşən köşklərin birindən 500 manat pul və 2500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.İsayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonunun Mətbuat prospektində bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Kərimov saxlanılıb
Mayın 29-da Yasamal rayonunun Mətbuat prospektində bir nəfərin qol nahiyəsinə bıçaqla xəsarət yetirilməklə 30 manatının talanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Məmmədli kənd sakini olan bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini R.Mustafayev saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 1-də Məmmədli kənd sakini olan bir nəfərin bank kartından hesabındakı pulunu oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Rüfət Mustafayev saxlanılıb. Araşdırmalarla onun Məmmədli kənd sakini olan daha bir nəfərə qarşı dələduzluq etməsi, Digah qəsəbə sakini olan digər şəxsin isə pulunu mənimsəməsi də müəyyən olunub.
Tovuz rayonu ərazisində 4 evdən oğurluq etməkdə şübhəli bilinən rayon sakini M.Musayev saxlanılıb
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində 4 evdən pul, qızıl-zinət əşyaları və bank kartları oğurlamaqda şübhəli bilinən Qaraxanlı kənd sakini M.Musayev saxlanılıb. Araşdırma aparılır.
Şəmkir rayonunun Seyfəli kəndində xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açan kənd sakini V.Mustafayevdən ov tüfəngi götürüblər
Mayın 31-də saat 19 radələrində Şəmkir rayonunun Seyfəli kəndində odlu silahdan atəş açılması barədə polisə məlumat daxil olub. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini V.Mustafayevin həmkəndlisi ilə mübahisə edib xuliqanlıq zəminində ov tüfəngindən havaya 1 dəfə atəş açması müəyyən edilib. Polis əməkdaşları V.Mustafayevdən “İJ-16” markalı ov tüfəngi götürüblər. Araşdırma aparılır.
Neftçala rayonunun Qaraqaşlı kənd sakini Ş.Baxışova məxsus həyətyanı sahədən çətənə kolları götürülüb
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Baxışova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 152 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Xətai rayonunun G.Şıxlinski küçəsində “Honda” markalı avtomobillə yolu keçən paytaxt sakini T.Şirinov vurulub
Mayın 31-də saat 6 radələrində Xətai rayonunun G.Şıxlinski küçəsində Bakı şəhər sakini E.Əliyev idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən paytaxt sakini T.Şirinovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.