Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonu ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini S.Fərəczadə həmin avtomobillə saxlanılıb
09.06.2023
Nəsimi rayonu ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş S.Fərəczadə həmin avtomobillə saxlanılıb. Araşdırmalarla onun iyunun 1-nə keçən gecə rayon ərazisində yerləşən bir estetik mərkəzdən 6000 manat dəyərində qızıl üzük, mobil telefon, planşet, noutbuk, saat, kamera, kosmetoloji cihaz və aparatları oğurlamasına da əsaslı şübhələr müəyyən edilib.
Gəncə şəhəri ərazisində R.Əliyevin torpağa basdırdığı silah-sursat aşkar olunaraq götürülüb
Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş R.Əliyevin şəhər ərazisində torpağa basdırdığı 2 ədəd nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və 2 ədəd avtomat patronu aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Ağcabədi rayonunun Avşar kəndi ərazisində “VAZ-2107”, “Renault” və “VAZ-21154” markalı avtomobillər toqquşub
İyunun 9-da saat 17 radələrində Ağcabədi rayonunun Avşar kəndi ərazisində rayon sakini C.Quliyevin idarə etdiyi “VAZ-2107”, Beyləqan rayon sakini G.Aslanovun idarə etdiyi “Renault” və Ə.Savalanovun idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub. Nəticədə C.Quliyev hadisə yerində ölüb, G.Aslanov isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Sabirabad rayonunun Nizami kəndi ərazisində “Ford” markalı avtomobillə kənd sakini Ə.Mansurov vurulub
İyunun 9-da saat 23 radələrində Sabirabad rayonunun Nizami kəndi ərazisində Saatlı rayon sakini C.Həsənov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən kənd sakini Ə.Mansurovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. İyunun 7-də Ağsu rayonu ərazilərində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə, istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması faktları aşkar olunub.İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 228-ci (lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə) və 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddələrinin tələblərini pozduqlarına görə Ağsu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri, Pirhəsənli və Yəgəli kənd bələdiyyələrinin sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bakı şəhər sakini olan bir nəfərin bank kartını oğurlayıb hesabından 2800 manatını çıxarmaqda şübhəli bilinən bir qrup şəxs müəyyən olunaraq saxlanılıblar
08.06.2023
İyunun 4-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin bank kartının oğurlanması və hesabından 2800 manatının çıxarılması barədə polisə məlumat daxil olub.Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Ş.Məmmədov, Ağsu rayon sakini E.Həsənov, Bakı şəhər sakinləri N.Əzizli və Z.Əzizov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir qadının bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Qurbanova saxlanılıb
İyunun 8-də Nəsimi rayonu ərazisində Cəlilabad rayon sakini olan bir qadının bank kartından hesabındakı 300 manatının oğurlanması barədə polisə məlumat daxil olub.Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Qurbanova müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun mayın 27-də Saatlı rayon sakini olan digər bir qadının bank kartından hesabındakı 400 manatını oğurlaması da müəyyən olunub.
Bakı şəhər sakini olan bir qadının cüzdanını, bir avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Z.Cəbrayılov saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini olan bir qadının içərisində 453 manat, bank kartları və sənədləri olan cüzdanını, “Hyundai” markalı bir avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Cəbrayılov saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olması da məlum olub.
Nizami rayonunun B.Nuriyev küçəsində bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Allahyarov saxlanılıb
İyunun 7-də Nizami rayonunun B.Nuriyev küçəsində Bakı şəhər sakini olan bir nəfərin quldurluq yolu ilə pulunun talanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Allahyarov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Pirallahı rayonunun Pirallahı qəsəbəsindəki iki evdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Eyvazov saxlanılıb
Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Pirallahı qəsəbəsindəki bir evdən 1000 manat pul, digər evdən isə televizor və həyətindən dəmir qapı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ə.Eyvazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.