Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxtın Nizami rayonunda əməliyyat keçirib
05.06.2023
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində növbəti əməliyyat keçirilib. Tədbir zamanı Nizami rayonunda yaşayan, əvvəllər məhkum olunmuş Şahin Babayev qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd həmin tapançaya məxsus sandıqça və 8 ədəd patron aşkar edilərək götürülüb. Qeyd olunan faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahin Babayev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub
04.06.2023
İyunun 4-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Nizami rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri Y.Cavadov və V.Verdizadə saxlanılıblar
İyunun 3-də saat 23 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin döyülərək 120 manatının talanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri Y.Cavadov və V.Verdizadə müəyyən olunaraq saxlanılıblar.Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən “Honda” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sədərək rayon sakini V.Məmmədov avtomobillə saxlanılıb
Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə Binə qəsəbəsi ərazisindən “Honda” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sədərək rayon sakini V.Məmmədov iyunun 4-də Ramana qəsəbəsi ərazisində avtomobillə saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini olan bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə mayın 25-də gecə saatlarında Bakı şəhər sakini olan bir nəfərin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Şərur rayon sakinləri N.Ələkbərov və Ü.Məhərrəmov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bir nəfərin çantasından pulunu oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini E.Namazov saxlanılıb
Mayın 31-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında Bakı şəhər sakini olan bir nəfərin çantasından 500 manat və 4000 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini E.Namazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində “Ford” markalı avtomobillə qəsəbə sakini N.Səlimova vurulub
İyunun 4-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Qax rayon sakini M.Mustafayev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini N.Səlimovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Abşeron rayonunun Qobu qəsəbə sakini Q.Mahmudov idarə etdiyi avtomobillə qonşusu olan azyaşlını vurub
İyunun 4-də saat 20 radələrində Abşeron rayonunun Qobu qəsəbə sakini Q.Mahmudov yaşadığı evin qarşısında “Honda” markalı avtomobili arxaya idarə edərkən qonşusu olan azyaşlı A.Rəhimovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən uşaq ölüb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Goranboy rayonunun Boluslu kəndi ərazisində “Mercedes” markalı avtomobillə kənd sakini N.Bəylərov vurulub
İyunun 5-də saat 2 radələrində Goranboy rayonunun Boluslu kəndi ərazisində Naftalan şəhər sakini N.Qurbanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini N.Bəylərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub
03.06.2023
İyunun 3-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.