Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Daşkəsən rayonunda bir vətəndaşa məxsus 3 rəst atı oğurlamaqda şübhəli bilinən rayon sakini A.Əsgərov saxlanılıb
10.06.2023
Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 9-da bir vətəndaşa məxsus 3 rəst atı oğurlamaqda şübhəli bilinən Yuxarı Daşkəsən qəsəbə sakini A.Əsgərov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Mingəçevir şəhər sakini C.Alıkişiyevdən marixuana götürülüb
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini əvvəllər məhkum olunmuş C.Alıkişiyevdən 12 qrama yaxın marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun şəhərin ərazisində Qum-çınqıl karxanasında gizlətdiyi 445 qram marixuana götürülüb. Araşdırma aparılır.
Astara rayonunun Ərçivan qəsəbə sakini İ.Hüseynovdan 4 kiloqrama yaxın heroin və 1 kiloqramdan artıq metamfetamin götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Ərçivan qəsəbə sakini əvvəllər məhkum olunmuş İ.Hüseynovdan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun kəndin ərazisində gizlətdiyi 4 kiloqrama yaxın heroin və 1 kiloqramdan artıq metamfetamin götürülüb. Araşdırma aparılır.
Xaçmaz şəhər sakini A.Mursalovdan marixuana aşkar olunaraq götürülüb
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini əvvəllər məhkum olunmuş A.Mursalovdan 5 qramdan artıq, yaşadığı evə baxış zamanı isə 665 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sabunçu rayonunun Nardaran qəsəbəsində yaşayan Y.Abbasovun evindən marixuana və çətənə kolları aşkar olunaraq götürülüb
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbəsində yaşayan Y.Abbasovun evinə baxış zamanı oradan sellofan paketdə çəkisi 290 qram olan qurudulmuş marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə evin həyətində olan meyvə ağaclarının altından isə 79 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Baş Narkotiklərlə Mübarizə İdarəsi son bir ay ərzində “qara” bazarda dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb
Milli genefondumuza mənfi təsir göstərən narkotiklərə qarşı mübarizə Daxili İşlər Nazirliyinin qarşısında dayanan əsas pirioritet istiqamətlərdən biridir. Bu sahədə Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 1 ay ərazində də intensiv əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən transmilli mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 8 mütəşəkkil dəstənin üzvləri, o cümlədən 83 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ”qara” bazarda dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitə - kokain, heroin, tiryək, marixuana, psixotrop maddə - metamfetamin, eləcə də 13 min ədəd ekstazi və metadon həbi çıxarılıb. Əməliyyatlar paytaxtla yanaşı Sumqayıt şəhəri, Abşeron rayonu, bölgələrdə baş tutub. Baş İdarənin əməkdaşları tərəfindən çətin relyef, coğrafi və meşəlik şəraitindən, eləcə də Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı qətiyyətlə alınıb.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 8-də Göyçay rayonu ərazisində keçirdikləri tədbirlər zamanı Qarabaqqal, Şəhadət, Ərəbcəbirli, Çərəkə və Yeniarx kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
09.06.2023
İyunun 9-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən İ.Əlixanov Bakı-Quba yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə iyunun 9-da səhər saatlarında Biləcəri qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.Araşdırmalarla vətəndaşın mobil telefonunun və avtomobilinin açarının onunla birgə yaşayan qohumu İ.Əlixanovun oğurlaması və avtomobili qaçırması məlum olub. Polis əməkdaşlarının keçirdikiləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əlixanov Bakı-Quba yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakı şəhər sakini olan bir nəfərin bank kartından 1100 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini V.Qənbərov saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 1100 manatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini V.Qənbərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.