Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhərində Laçın rayon sakini R.Hüseynovun yaşadığı mənzildən heroin və elektron tərəzi götürülüb
07.06.2023
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə saxlanılan Laçın rayon sakini Rəşad Hüseynovdan 6 ədəd yüksək təsiredici xassəyə malik olan həb götürülüb. Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 251 qramdan artıq heroin və elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Ağcabədi rayonunun Poladlı kənd sakini S.Əliyevin həyətindən çətənə kolları və marixuana götürülüb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Poladlı kənd sakini S.Əliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 44 ədəd çətənə kolu və 1 kiloqram 710 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Ağdaş rayonunun Qarasu Qumlaq və Abad kəndləri ərazisindən 421 kiloqram çəkidə çətənə kolları aşkar olunaraq məhv edilib
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qarasu Qumlaq kəndi ərazisindən 1 ton 832 kiloqram çəkidə 2773 ədəd, Abad kəndi ərazisindən 421 kiloqram çəkidə 678 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib.
Quba şəhəri ərazisində “VAZ-2106” və “Opel” markalı avtomobillər toqquşub
İyunun 7-də saat 10 radələrində Quba şəhəri ərazisində rayon sakini E.Kəlbiyevin idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini Q.Mirzoyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub, “VAZ-2106” markalı avtomobil dirəyə dəyərək zədələnib. Nəticədə E.Kəlbiyev hadisə yerində ölüb, sərnişini və digər sürücü isə xəstəxanaya yerləşdiriliblər.Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Goranboy rayonunun Borsunlu kəndi ərazisində “Naz-Lifan” markalı avtomobil yolun kənarında dayanan “İsuzu” markalı avtomobilə çırpılıb
İyunun 6-da saat 11 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində Gəncə şəhər sakini V.Salahov idarə etdiyi “Naz-Lifan” markalı avtomobili yolun kənarında dayanan “İsuzu” markalı avtomobilə vurub. Nəticədə “Naz-Lifan” markalı avtomobilin sürücüsü və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
İyunun 7-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
06.06.2023
İyunun 6-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini olan bir nəfərin bank kartından 470 manatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Səfərəliyev saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 2-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 470 manatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Səfərəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonunun Q.Qarayev prospektində yerləşən gözəllik salonlarının birində iki qadının çantalarından cüzdanlarını oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunub
İyunun 4-də axşam saatlarında Nizami rayonunun Q.Qarayev prospektində yerləşən gözəllik salonlarının birində iki qadının çantasından içərisində ümumilikdə 720 manat pul, bank kartları və sənəd olan cüzdanlarının oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunub. Araşdırma aparılır.
Biləsuvar rayonunun Günəşli kənd sakini R.Sadıqovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Günəşli kənd sakini R.Sadıqovdan qanunsuz saxladığı “TOZ-34” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.