Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gəncə şəhər sakini O.Abdullayevdən tapança, patron darağı və patronlar götürülüb
06.06.2023
Samux Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş O.Abdullayevdən nömrəsi silinmiş “Wolter P-38” markalı tapança, 1 ədəd patron darağı və 2 ədəd patron götürülüb. Araşdırma aparılır.
Samux rayonunun Qaraarx kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaraarx kəndi ərazisində yabanı halda bitmiş 2,3 tona yaxın çəkidə 3337 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Ağsu rayonunun Padar-Qışlaq kəndi ərazisində “KamAZ” markalı avtomobil yolun kənarına aşıb
İyunun 6-da saat 6 radələrində Ağsu rayonunun Padar-Qışlaq kəndi ərazisində İmişli rayon sakini E.Əliyev idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarına aşırıb və nəticədə hadisə yerində ölüb.Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nizami rayonunun Q.Qarayev prospektində “Hyundai” markalı avtomobillə Naxçıvan şəhər sakini Q.Zeynalov vurulub
İyunun 6-da saat 23 radələrində Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini A.Əsədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Q.Zeynalovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Lənkəran rayonunun Vilvan kəndi ərazisində müəyyən edilməyən avtomobillə kənd sakini H.Əliyev vurulub
İyunun 6-da saat 23 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində kənd sakini H.Əliyev müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Suraxanı rayonunda polis əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarış keçirilib
Bu gün Suraxanı Rayon Polis İdarəsinin təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibəti ilə polis əməkdaşları arasında silahsız özünü müdafiə üzrə çempionat keçirilib.Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli, Rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, polis mayoru əməkdar idman ustası Elşən İbişov, DİN-in İdman Cəmiyyətinin nümayəndəsi iştirak ediblər. İlk öncə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Çıxış edən qonaqlar müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu və dövlətçiliyimizin tərəqqisi sahəsində gördüyü işlər barədə geniş məlumat verib və yarış iştirakçılarına uğurlar arzu ediblər. Daha sonra start verilən yarışda Suraxanı RPİ-nin 90 əməkdaşı 6 çəki dərəcəsində mübarizə aparıb. Silahsız özünü müdafiə və əlbəyaxa döyüş növləri olmaqla 2 mərhələdə keçirilən çempionatda qalıb gələn polis əməkdaşları medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.
Nərimanov rayonunda gecə saatlarında güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edən və ətrafda yaşayan sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib
Ötən gecə naməlum şəxs gecə saat 03 radələrində Nərimanov rayonunda binalardan birinin həyətində güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edərək ətrafda yaşayan sakinlərin haqlı narazılığına və çoxsaylı şikayətlərinə səbəb olub. Həmin şəxsin etdiyi əməl inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gecə saatlarında pirotexniki vasitələrdən istifadə edən paytaxt sakini Həsən Hüseynli saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış material baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 5 gün müddətinə inzibati qaydada həbs edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
05.06.2023
İyunun 5-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı-Quba yolunda yerləşən postda etibarnaməsiz, sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altından avtomobil idarə edən sürücü Ş.Mustafayev saxlanılıb
İyunun 1-də saat 22 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bakı-Quba yolunda yerləşən postda nişanın tələbini pozan “Mercedes” markalı avtomobil saxlanılıb.Yoxlama zamanı sürücü, Yevlax rayon sakini Ş.Mustafayevin avtomobili etibarnaməsiz, sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsiri altında olması müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 332.2-ci və 334.1-ci maddələri ilə protokol tərtib edilərək Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.Abşeron rayon məhkəməsinin qərarı ilə Ş.Mustafayev İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən inzibati qaydada həbs edilib.
Nəsimi rayonu ərazisində Goranboy rayon sakini T.Misriyevə qarşı quldurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini M.Abdullayev saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nəsimi rayonu ərazisində Goranboy rayon sakini T.Misriyevin pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Abdullayev saxlanılıb. Araşdırmalarla onun metronun “İnşaatçılar” stansiyasında bir qadının çantasından mobil telefonunu oğurlaması da müəyyən olunub.