Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ucar rayonunda münaqişə zəminində bıçaqla R.İlyaszadəyə xəsarət yetirməkdə və K.Əliyevanı qəsdən öldürməkdə şübhəli bilinən rayon sakini A.Əliyev saxlanılaraq istintaqa təhvil verilib
03.06.2023
İyunun 3-də saat 17 radələrində Ucar rayon sakini R.İlyaszadənin xəsarət alması və K.Əliyevanın ölməsi barədə Ucar Rayon Polis Şöbəsinə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayon sakini A.Əliyevin münaqişə zəminində bıçaqla R.İlyaszadəyə xəsarət yetirməsi, daha sonra yaşadığı evə gələrək həyat yoldaşı K.Əliyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.R.İlyaszadə xəstəxanaya yerləşdirilib.A.Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı cinayət işi başlanılıb.
Saatlı şəhər sakini E.İsmayılovu qəsdən öldürməkdə şübhəli bilinən K.Nərimanzadə saxlanılaraq istintaqa təhvil verilib
İyunun 4-də saat 1 radələrində E.İsmayılovun Saatlı şəhərində yaşadığı evdə ölməsi barədə Saatlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla K.Nərimanzadənin E.İsmayılova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.K.Nərimanzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı cinayət işi başlanılıb.
Xaçmaz rayonunun Ləcət dəmir yolu stansiyası ərazisində yük qatarından oğurluq etməkdə şübhəli bilinən Xaçmaz rayon sakini S.Atamanenko saxlanılıb
Xaçmaz rayonunun Ləcət dəmir yolu stansiyası ərazisində yük qatarının vaqonlarından birində içərisində şirkətlərdən birinə məxsus avtomobil ehtiyat hissələri və mühərrik yağları olan konteynerin qapısının plombsuz və açıq olmasının aşkar edilməsi barədə polisə məlumat daxil olub. Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və oradan 30 ədəd yağ filtirinin, 20 ədəd yağ qutularının oğurlanması məlum olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini S.Atamanenko müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Pirallahı rayonunun Gürgan qəsəbəsindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 2-də Gürgan qəsəbəsindəki evlərin birindən 450 manat pul və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Əliyev, N.Bayramlı və M.İsmayılov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində bir nəfərin 2260 manatını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Masazır qəsəbəsi ərazisində bir nəfərin 2260 manatını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini A.Məmmədova və Bərdə rayon sakini E.Sarıyeva müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Masallı rayonu Qızılağac kəndinin otlaq sahəsindən kənd sakini E.Nəsirovun 4 baş qoyununu oğurlamaqda şübhəli bilinən O.Məmmədov saxlanılıb
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 1-də Qızılağac kəndinin otlaq sahəsindən kənd sakini E.Nəsirovun 4 baş qoyununu oğurlamaqda şübhəli bilinən kənd sakini O.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Balakən rayonunun Qullar kənd sakini E.Orucovdan marixuana və çətənə bitkisini toxumları aşkar olunaraq götürülüb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qullar kənd sakini, əvvəllər məhkum olunmuş E.Orucovdan marixuana və 92 ədəd çətənə bitkisini toxumları aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu da götürülüb.
Qazax rayonunun Məzəm kəndi ərazisində yabanı halda bitmiş 5 ton çəkidə çətənə kolları aşkar olunaraq məhv edilib
Qazax Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Məzəm kəndi ərazisində 0,5 hektar sahədən yabanı halda bitmiş 5 ton çəkidə 12.500 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Laçın rayonunun Zabux qəsəbəsi ərazisində yabanı halda bitmiş 1 tondan artıq çətənə kolları aşkar olunaraq məhv edilib
Laçın Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Zabux qəsəbəsi ərazisində yabanı halda bitmiş 1 ton 250 kiloqram çəkidə 2850 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Yevlax rayonunun Gülöyşə kənd sakini Z.Mirzəzadəyə məxsus həyətyanı sahədən çətənə kolları götürülüb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Gülöyşə kənd sakini Z.Mirzəzadəyə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.