Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gəncə şəhəri ərazisində bir velosiped, bir su mühərriki, bir avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən K.Məmmədov saxlanılıb
12.06.2023
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisində bir velosiped, bir su mühərriki, “VAZ-21011” markalı bir avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Lerik rayon sakini Ə.Şirvanovdan və Lənkəran rayon sakini P.Həsənovun evindən və avtomobilindən narkotik vasitələr aşkar olunaraq götürülüb
Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Piran kənd sakini Ə.Şirvanovdan 3 qram metamfetamin götürülüb. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş P.Həsənovun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan 360 qramdan artıq heroin, 107 qramdan çox tiryək, 96 qramdan çox metamfetamin, habelə “Moskviç” markalı avtomobilindən 9 qrama yaxın tiryək aşkar olunaraq götürülüb.
Qaradağ rayonu ərazisində “BMW” markalı avtomobil aşıb
İyunun 12-də saat 4 radələrində Qaradağ rayonu ərazisində Bakı şəhər sakini M.İsmayılov idarə etdiyi “BMW” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Abşeron rayonunda narkotiklərin satışını təşkil edən və üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxslərin saxlanılması istiqamətində əməliyyatlar keçirilib
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin satışını təşkil edən, habelə üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxslərə qarşı əməliyyatlar keçirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan - əvvəllər məhkum olunmuş Niyaz Babayev, Məhərrəm Nəhmətov və Məhərrəm Xasanov tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərdən ümumilikdə 8 kiloqram, o cümlədən 6 kiloqram narkotik vasitə heroin və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxslərin narkotikləri İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. Qeyd edək ki, cari ilin aprel-may aylarında Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərlə bağlı 124 fakt aşkar edilib. Həmin faktlar üzrə 12 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının Xırdalan şəhəri və Mehdiabad qəsəbəsində həyata keçirdikləri əməliyyatlar zamanı isə qanunsuz olaraq odlu silah saxlayan əvvəllər məhkum olunmuş Namiq Rəhimov və Habil Əliyev tutulublar. Bu şəxslərdən 2 ədəd “Kalaşnikov” markalı avtomat, 56 ədəd patron və 2 ədəd patron darağı aşkar edilib. Abşeron rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər qanunazidd əməllərə yol verən şəxslərin saxlanılmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Nəsimi rayonunda “Behzat” adlı iranlı narkotacirin şəbəkəsinə daxil olan şəxsdən 3 kiloqram heroin və tiryək götürülüb
Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən daha bir şəxs saxlanılıb. Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş Elnur Ələkbərov saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı əlindəki çantadan ümumilikdə 3 kiloqram yüksək təsiredici narkotik vasitələr hesab edilən heroin və tiryək aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, Elnur Ələkbərov şəxsiyyəti istintaqla araşdırılan “Behzat” adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul edib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elnur Ələkbərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub
11.06.2023
İyunun 11-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 9-da İsmayıllı rayonu ərazisində keçirdikləri tədbirlər zamanı Qaraqaya kəndi ərazisində qanunsuz kömür istehsalı faktları aşkar olunub. Qanunsuz kömür istehsalı ilə məşğul olduqlarına və İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinin (dövlət ekoloji ekspertizanın müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizanın rəyi ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi) tələblərini pozduqlarına görə rayon sakinləri D.Nuriyev, F.Dəmirov, A.Hüseynli, F.Hüseynov və P.Hüseynov barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Nizami rayonu ərazisində yerləşən apteklərin birində quldurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri T.Quluzadə və A.Cavadlı saxlanılıblar
İyunun 9-da gecə saatlarında Nizami rayonu ərazisində yerləşən apteklərin birində tibbi maskalı 2 nəfərin satıcını bıçaqla hədələyib kassadan 300 manat pul talamaları barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri T.Quluzadə və A.Cavadlı müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində bir mağazadan 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Hüseynov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 6-da gecə saatlarında Xırdalan şəhəri ərazisində bir mağazadan 5800 manat dəyərində 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonu M.Həsənov küçəsində yerləşən mağazada satıcının cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini R.Bayramov saxlanılıb
İyunun 11-də Yasamal rayonu M.Həsənov küçəsində yerləşən mağazada bir nəfərin satıcının içərisində pulu, sənəd və bank kartları olan cüzdanını soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş R.Bayramov müəyyən olunaraq saxlanılıb. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.